Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hər nə olsa ömür boyu təkcə səni sevəcəm

Hər nə olsa ömür boyu təkcə səni sevəcəm

Hər nə olsa ömür boyu təkcə səni sevəcəm


Bir arzusan ürəyimdə zildən bəmə enməyən
Bir xəyalsan əl catmayan tükənməyən bitməyən
Əbədisən həm yaşayan,həm yaşadan ölməyən
Nə deyirsən sən de mənə cavabim bu deyecəm

Hər nə olsa ömür boyu təkcə səni sevəcəm


Qəlbim coşur dalğalanır sahilində aramca
Hərdən kedər basır məni,səndən ayrı qalınca
Mən o günü sevinəcəm ,sənə doğru catınca
Qışqıracam bağıracam ay mələyim deyəcəm

Hər nə olsa ömür boyu təkcə səni sevəcəm


Baxışına mən möhtacam baxışıma baxda gör
Əgər gəlsən sən görüşə saclarını gülüm hör
Qadan alım ya sev məni yada özün vur öldür
Son anımda tükənsədə son nəfəsim deyəcəm

Hər nə olsa ömür boyu təkcə səni sevəcəm

Seymur yazsa səndən əgər sətirlərə sığışmaz
Harda olsa hara getsə səni hec vaxt unutmaz
Bir Leylimsən bu dünyada sənə oxşar hec olmaz
Mecnun kimi səhralar düşsəm yenə deyəcəm

Hər nə olsa ömür boyu təkcə səni sevəcəm

MÜƏLLİF : SEYMUR SÖNMƏZ








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ