Baxıb süzgün baxışlarla,
nəzərini salıb mənə,
Sual dolu sözlərini
aramcana gətdin dilə.
Kəlamınla döndün nərə,
hücüm cəkib sən üstümə,
Dedin adın nədir sənin ?
Astacana pıcıltıyla...
---Dedim;
- Məhəbbətdir adım mənim.. ...
Ürəyindən kecənləri duydum
bir an,baxışında,,.
Yol tapmısan ürəyimə,
qaşlarının catışında. .
Gündüzümə şəfəq saçıb,
ulduzlar hey sayrışanda.
Dedin:- parlar Məhəbbətin ?
Güvənc dolu Məğrurluğla..
--- Dedim;
:Şahiddir ALLAhım mənim ...
Min suala qərq eylədin,
hər suala var izzahım.
Məğrurluğda dərs kecibdi ,
mənə uca KƏPƏZ dağım...
Gülümsədin gül üzündə
əks olundu bu həyatım...
Dedin;
istəyi nə de Sönməzin ?
Baxıb ürkək baxışımla
--- Dedim :
Diləyimsən canım mənim .!