Sən mənə yazmayanda
Əsdi külək yel oldu ,
Soruşan yox nə oldu ,
Gözlər yaşardı doldu,
Sən mənə yazmayanda..
Ürək coşdu cağladı ,
Həsrət bağrımı yardı ,
Dedim görən hardadı ,
Sən mənə yazmayanda ...
Bədirləndi ay daha,
Ümüd qaldı sabaha ,
Düşdüm tək səhralara,
Sən mənə yazmayanda ...
Bir kəlamın bəs edər ,
Bu qədər hicran yeter ,
Demirsənmi bu ölər,
Sən mənə yazmayanda ...
Yağış yağdı islandım
Gəlişinə boylandım,
Kərəm təki odlandım ,
Sən mənə yazmayanda...
Hicranı yıxdım yerə
Düşdüm söhbətdən sözə
Seymur day cətin dözə
Sən mənə yazmayanda...
Müəllif : SEYMUR SÖNMƏZ