Hamı deyir sevirəm,nə var ki dildə deməyə,
İnsan istərəm eşqi,vəsf edib içdən görməyə.
Məhəbbət əyyaş əlində,cevrilib oyunçağa,
Çağırsaq gəlmir daha,Pərvərdigarda köməyə.
Günahkar insanmı,zamanmı,bilinmirki daha,
Ürəkdə keşkə göz ola,buları sezib-seçməyə.
Gələ bilsəydim əgər,dübarə dünyaya yenə,
Acmazdım qəlbimi heç vaxtı vallahi kimsəyə.
Pişiyin əli, ətə catmır,büzərək üz- gözünü,
İylənmişdi deyə başlayır qeybət etməyə.
Geyinib mələk donu,saysam gəlməz ki saya,
Sözə heyifim gəlir ki,dildə xəçalət çəkməyə.
İndi oxuyub özünü aqil sayanlarmız ki , var
Axtarıb hardasa başlar,nəsə nöqsan gəzməyə.
Seymur deyilki qəzəlxan,sadəcə qəlbdən keçəni,
Yazdım yetişərsə məqam ,onda fürsətdi deməyə.
MÜƏLLİF : SEYMUR SÖNMƏZ