Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gəl məni dinlə..

Gəl məni dinlə..

"Xəyal edilməmiş bir şeyi gerçəkləşdirə bilməzsən" deyir şair.Onda inanmamalıyam bu möhtəşəm varlığına.Ya da bəlkə də Tanrı möcüzəsi deməliyəm bilmirəm.

Eşq deyildi bizimki.Bir şeyləri doldurmaq deyildi.Həyəcan deyildi.Keçici heç deyildi.Anlıq deyildi hisslərim.Bir neçə misralıq deyildi anladacaqlarım.Nə də bir neçə notluq.Mədəmdə kəpənəklər uçuşmurdu.Nə də sıradan deyildi heçnə.Sən dediyimdə ağlıma "mən"gəlirdim.Bir varmış bir yoxmuş kimi deyildi.İndiki sevgilər kimi.Kəpənək ömürlü deyildi.

Gəl dənizin kənarına.Yum gözlərini.Dinlə quşları.Heç maraqlandınmı onlar nə deyər deyə.Onlar da sənin kimi azadlıq istəyir.Balıqları dinlə.Onlar da azadlıq istəyir.Bütün təbiəti dinlə.Hiss etdinmi?anlada bilsəm bir də gəl məni dinlə.Sən heç susdun mu kəlimələr daraşarkən beynimə.Bütün ruhunu zincirlərkən.Gəl sən məni dinlə.Dinlə ki mən də azadlıq istəyim səndən.Susmayım danışım.Qucaqlayım.Hiss et məni.İnan sevgili gül qoxusu qədər bihuş edər səni.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ