Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qadınları necə sevək? - KİŞİLƏRƏ MƏSLƏHƏT

Qadınları necə sevək? - KİŞİLƏRƏ MƏSLƏHƏT

Lunar.az psixoloq Nataliya Belousovanın qadınları sevməklə bağlı 9 tövsiyəsini təqdim edir. Bütün bu tövsiyələr boşanma və ailə münaqişələri nəticəsində ortaya çıxıb.

Onunla sosial rollarla bağlı razılaşın


Yəhudi analar kimi kompleksi olan, əbədi uşaq qalan, hətta qəhvə hazırlaya bilməyən, hər kəs ona həsəd apardığı halda model kimi gözəl bədən quruluşuna sahib olduğundan xəbərsiz, bir sözlə, hər cür qadın var.

Sizə lazım olan qadın sizin və onun sosial rollarının uyğun gəldiyi bir qadındır.

Qadınların hər təklifi ilə razılaşın

Bir çox ailə münaqişlərinin səbəbi məhz tərəflərdən birinin o birindən onun verə biləcəyini deyil, öz istədiyini gözləməsidir. Buna görə ilk başdan onun sizə verə biləcəyi və sizdən nə istədiyini aydınlaşdırın.

İlkin çözümü siz təklif edin

Gender olaraq qadınlar ailə qurduqdan sonra onların həyatları ilə bağlı başqa birinin qərar verməsindən, hüquqlarının pozulmasından narahat olurlar. “İlkin çözümü, qərarı siz təklif edin” demək “sizin fikriniz müzakirə olunmazdır” anlamına gəlməsin. Vacib məsələ odur ki, çıxılmaz problemlərdə ilkin çözümü siz təklif edib qadının da fikrini öyrənin. Sadəcə qadınlar mızıldanmağı xoşlamır. Məsələn, qadın sizə “Əzizim, axşam yeməyini bayırda yeyək”, - deyəndə “Gedək, əzizim. Hara istəsən gedərik, mənim üçün fərq etməz”, - demək yerinə “Gedək, əzizim. Hətta mən bu yaxınlarda yaxşı bir restoran gördüm. İstəsən ora gedərik. Nə deyirsən?”, - deyə ilkin təklifi siz edin.

Xəbərdarlıq etmədən yox olmayın

Başa düşürəm, gündəlik işlərlə bağlı kiməsə hesabat vermək insan azadlığını məhv edir. Ancaq bəzən bunu sosial şəbəkədə rahatlıqla edə bilirsiz, bunu da boynunuza alın. Bir az gecikdizsə, qadının ağlına min cür fikir gələcək. “Qəzaya düşüb, davaya qarışıb, işdə problemi çıxdı və s.”. Qadınlar narahat olur, bu, onların təbiətində var. Gecikəcəyinizlə, bir müddət olmayacağınızla bağlı mütləq xəbərdar edin.

Evdəki əşyaları təmir edin

Telefon xarab olduqda “mənim başım çıxmır”, – deyib telefon ustasının nömrəsini axtarmaq yerinə özünüz təmir etməyə çalışın. Ya da alternativ olaraq “Əzizim, al bu pulu, get, təzəsini al”, - deyə biərsiz. Hansı sizə sərf edirsə, onu edin.

Həssaslıq göstərin

Qadınlarda da kişilərdə olduğu kimi çox tez-tez əhval dəyişikliyi yaşanır. Kişilər isə qadının əhvalı olmayanda, divanın bir küncünə sığınıb oturanda buna önəm vermir. Ancaq qadın hamamdan gözləri qızarmış, ağlamış şəkildə çıxanda “Hər şey qaydasındadır? Nəsə olub?”, - deyə soruşarlar.

Bu halda qadınlar “Mən artıq 3 aydır depressiyadayam. Sən amma... Hətta ölsəm belə, heç xəbərin olmaz”, - deyə od püskürər. Ona görə yalnız özünüzün deyil, qadının da qayğıya, həssas davranışa ehtiyac duyduğunu unutmayın.

Elə tənqid edin ki, heç tənqid kimi görünməsin

Tənqidi kobud şəkildə deyərək onu incitməyin. Bişirdiyi bir yemək xoşunuza gəlməsə də, “Az qala ölmüşdüm”, - deyib lağa qoymaq yerinə , “Çox dadlı idi, ancaq mən də bir az allergiya var. Gələn dəfə başqa cür bişirərsən”, - deyin.

Tənbəllik etsəniz belə, azca diqqət göstərin

Gül dəstəsini pulların boşuna sərfi hesab edrsiz, ancaq xanımınız gülü bəyənir axı! Boğazınızdan kəsib heç olmasa həftədə bir dəfə ona xoş nəsə alın. Sizin bir neçə manat pulunuz onun pulla ölçülməyəcək xoşbəxtliyinə səbəb olacaq. Səbəbsiz yerə ona həmişə xırda hədiyyələr edin və inanın, onun sevinci sizə də zövq verəcək. Onun vacib hesab etdiyi ən xırda detallara belə diqqət göstərin. Sizin tanışlığınız, ilk görüş, nişan günü, evlilik günü, doğum günü və s.

Yalan olsa da, xarici görünüşünü tərifləyin

Standartlar qadınının görünüşcə qəşəng olmasını tələb edir. Bir yeməyə gedərkən geyimi, makiyajı xoşunuza gəlmədisə, “Bu nədi?! Elə bil seks şousuna gedirsən, pisdi”, - demək əvəzinə “Çox gözəlsən. Ordakı hər kəsin gözü səndə olacaq, mən də çox qısqanıb narahat olacam. Keçən dəfə geyindiyin geyim var idi e, səni onda çox bəyənmişdim. Məncə, onu geyin”, - deyə bilərsiz.

Heç vaxt ediməyəcək şeyləri təyin edin

Uşaqlıqdan keçirdiyiniz travma, allergiya, xoşlanmadığınız şeylər, bunların hamısını ilk əvvəldən deyin. Məsələn, “heç vaxt çantanı daşımayacam, səninlə paltar bazarlığına getməyəcəm, itini gəzdirməyəcəm və s.” Səbəb isə gələcəkdə xanımınız bunları edərkən sizin xoşlanmadığınızı görüb artıq onu sevmədiyinizi düşünməməsidir. Ancaq siz onu sevirsiz axı. Və sevginiz xanımınızın şübhə etməyəcəyi yeganə nəsnə olmalıdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ