Evliliyi uzunmüddətli və güclü edən təkcə romantizm deyil. Cütlükləri birləşdirən bəzi adətlər, vərdişlər də onların uzun müddət bir yerdə olmasını təmin edir.
Olduğu kimi qəbul edin Böyük ehtimalla həyat yoldaşınızın corablarını çıxarıb ortalıqda qoymasını istəmirsiniz və ya sizin dostlarınızla da öz dostları kimi davranmasını istəyirsiniz. Amma bəlkə də ilk zamanlar sizin xoşunuza gələn xüsusiyyətlərindən biri də hamam otağında qalan saçlarınıza fikir verməməsi idi. İngilis terapevti Darren Uilk deyir ki, xoşbəxt cütlüklərdə gördüyümüz məqamlardan biri də tərəf müqabillərinin bir-birilərini dəyişdirməyə çalışmamaları və olduqları kimi qəbul etmələridir: “Bir-birlərinin şəxsiyyətləri ilə mübahisə etməmək, müsbət və yaxşı tərəflərini görüb onları gündəmdə saxlamağa çalışmaq evliliyin ilk vaxtlarında bir-birinə yaxınlaşmanı təmin edir. Bu, uzun müddət davam edərsə, evliliklər uzunömürlü olur”.
Tələbləri yaxşı yerə yönəltmək Paltarları maşından çıxarıb asmaq və ya uşaqlarla daha çox maraqlanması üçün onu yaxşı mənada aldatmalısınız. Çünki başqa nə istəyirsiniz istəyin, amma bunlar üçün ona zaman verin. Bunu ona bir yaxşılıq kimi təqdim edin. Məsələn, “məni xoşbəxt etmək istəyirsənsə, bunu elə” deyə bilərsiniz. Çünki hər kəs sevgilisini xoşbəxt etmək istəyir. Ehtiyaclarınızdan bəhs edərkən “istəmədiklərinizdən” daha çox “istədiklərinizi” dilə gətirin. Bu üsul daha çox işinizə yarayacaq.
Məmnuniyyətlərinizi dilə gətirin Həyat yoldaşınıza verəcəyiniz müsbət dəstək onun motivasiyası üçün olduqca yaxşıdır. Amma nədənsə cütlüklər buna laqeyd yanaşırlar. Araşdırmalardan biri sübut edib ki, cütlüklərin gündəlik həyatda qarşılaşdıqları mənfi məqamlara qarşı müsbət anları var: xoş bir baxış, kompliment və ya toxunuş. Ona gündə ən az 3 dəfə müsbət nəsə söyləyin və bunu edərkən spesifik olun. Məsələn “yaxşı bir ata” olduğunu deyil, "niyə yaxşı bir ata olduğunu” deyin.
Müsbətə fokuslanın Xoşbəxt olmayan cütlüklər gərgin fikirlərlə yaşayırlar. Axtardığınızı hər zaman taparsınız. Əgər həyat yoldaşınızın sizi narahat edən hər hansı bir davranışına fikrinizi cəmləşdirirsinizsə, artıq belə etməyin. Əksinə, fikrinizi sizi və onu xoşbəxt edən şeylərə yönəldin. Ağlınızdan keçənlərə nəzarət etmək tamamilə sizin əlinizdədir. Ona görə də sizi əsəbiləşdirən şeylərlə qarşılaşdıqda ağılınıza dərhal ürəyinizi isidəcək bir davranışı gətirib mübahisə və narahatlıqların qarşısını ala bilərsiniz.
Keçmişə səfər Xoşbəxt cütlüklər keçmişdə yaşadıqları xoşagəlməz halları unudub, gözəl anları xatırlamağı üstün tuturlar. Danışaraq xatirələri yenidən yaşatmaq əslində sizin zehniyyətinizin də dəyişməsinə səbəb olacaq. Münasibətinizin dəstəyə ehtiyacı olduğunu hiss etdikdə bu üsulu sınayın. Məsələn, birlikdə olmağa başladığınız ilk günlərin unudulmaz anları və ya bütün münasibətiniz boyu ən gözəl anları xatırlayın, detalları yada salın. Nəticədə birlikdə olmağınızın bir daha fərqinə varacaqsınız.
Onun sevmədiyi insanlarla münasibət qurmayın Bəzi zamanlarda əksini də düşünsəniz, həyat yoldaşınıza dəstək verməlisiniz. Misal üçün, iş yerində özünə veriləcəyini düşündüyü vəzifə başqasına verildiyi zaman “bəlkə də kifayət qədər səy göstərmədin” demək əvəzinə, “sənin üçün çətin oldu yəqin” deməlisiniz. Xoşbəxt münasibətlərdə cütlüklər nə zaman susmaları və qarşı tərəfin nə zaman yanında olmalarını yaxşı bilirlər.
Söhbəti uzatmayın Güvən və bağlılıq münasibət üçün çox vacibdir. Amma bu o demək deyil ki, münasibətləriniz nə zamansa problemlərlə qarşılaşmaz. Münasibətlər kövrəkdir. Ona görə də müasir dövrdə boşanmalar evliliklərdən çoxdur. Əlaqənizdən məmnunsunuzsa, onun davam etməsi üçün səy göstərin. Xoşbəxt cütlüklər hər zaman eşqbazlıq etməyə davam edər.
Rituallar Xşbəxt cütlüklərin gündəlik ritualları var. Axşamları birlikdə yemək yemək və ya həftədə bir günü film izləməyə ayırmaq. Bunlar bir cütlük olduğunuzu unutmamağınızı təmin edəcək. Siz yalnız adi evli insanlar deyilsiniz, eyni zamanda bir-birini sevən və hər şeyi birlikdə etməkdən zövq alan sevgililərsiniz.
Hər zaman onun fərqinə varın Xoşbəxt münasibətlərdə tərəflər həyat yoldaşı nəsə edəndə fərqinə varırlar. Araşdırmalara görə, həyat yoldaşının davranış və mimikalarının fərqində olan cütlüklər boşanmaya daha az meylli olurlar. Demək, detallara diqqət etməli və həyat yoldaşınızın ünsiyyət ehtiyaclarına cavab verməlisiniz. Alış-verişə gedirsinizsə və sizə uşaqlığında çox sevdiyi bir şirniyyatlardan bəhs edirsə, onu dinlədiyinizi və əhəmiyyət verdiyinizi göstərmək üçün o şirniyyatlardan alın və ona aparın.
Kiçik şeylər Münasibətlərdə mövzu təkcə “üzərimə düşəni edirəm, fakturaları ödəyirəm, yayda istirahətə gedirik, uşaqlarla maraqlanıram” və s. kimi məsələlər deyil. Həyatınızı birlikdə yaşamağa qərar verdiyiniz insan üçün yalnız məsuliyyət daşıdığınız mövzuları yerinə yetirmək kifayət deyil. Heç bir səbəb olmadan belə, onu qucaqlayın, yanında olun, nazıyla oynayın. Üstəlik, davamlı ona aşıq olmağınız və onun sizə aşiq olmasını təmin edin. Evliliklər güvən, bağlılıq və bir-birini tanımaqdır.