Müasir dövrün ən çox yayılan sosial problemlərindən biri də təklikdir. Xüsusilə gənclər arasında təklik hallarına daha çox rast gəlinir. Lakin psixoloqlar bu məsələyə optimist yanaşırlar. Türkiyəli psixoloq İşıl Yenikaynak bildirir ki, ictimai əlaqələri nizamlı olan adamlar həyata qarşı optimist olurlar və təklik hissindən tamamilə xilas olma şansları yüksəkdir.
Lunar.az psixoloqun təklikdən xilas olmaq üçün verdiyi məsləhətləri təqdim edir.
İ.Yenikaynak təkliyin dərəcəsinə görə bəzən insanlara müsbət və ya mənfi təsir edə biləcəyini deyir: “Müsbət tərəfi odur ki, insan sıxıldığı, darıxdığı, nəfəs ala bilmədiyi kimi çətin anlarda tək qalaraq ruhu və bədəninin rahatlama ehtiyacını aradan qaldırır. Lakin təkliyin mənfi tərəfi daha çoxdur. Təklik qan təzyiqi, yuxu keyfiyyəti və digər sağlamlıq məsələləri üzərində mənfi hallar meydana gətirir. Bundan başqa, fərdlərin həyatdan aldıqları zövqün düşməsinə, həyat eşqinə səbəb olur, özgüvənləri aşağı düşür, xor görmə, alçalma, ittihamlar kimi davranışlara fikir verirlər və ciddi hala gətirib çıxarırlar”.
Bir sözlə, təklik fiziki və ruhi baxımdan insanı çətin və öhdəsindən gələ bilmədiyi vaxt kəsiyinə salır, onu psixoloji cəhətdən əzərək, tükəndirərək bir çox xəstəliyə məğlub olmasına gətirib çıxarır: “Təklik insana hətta elə bir psixoloji hal yaşadır ki, bəzi ruhi problemlərə də səbəb olur. Təklik xroniki bir hal aldıqda depressiya, intihar, ürək xəstəlikləri, stress, yaddaş pozulmaları, qərar vermədə çətinliklik, spirtli içkilərə meyl, maddə asılılığı və beyin funksiyalarında pozulma halları ilə özünü göstərir”.
Təklikdən xilas olun Təkliyi məğlub edib ondan xilas ola bilmək üçün bir çox fərqli üsullar var. Psixoloq ailəylə vaxt keçirməyi bunlardan ən əhəmiyyətlisi olduğunu deyir. Ailəsiylə qaynayıb-qarışan və onlarla məhsuldar bir vaxt keçirən insan özünü yalnız hiss etmə duyğusundan xilas olar: “Təkliyi məğlub etməyin digər bir yolu qapandığınız ev mühitindən çölə çıxmaqdır. Çöldə insanlarla birlikdə vaxt keçirmək, dostlar əldə etmək sizin təklik duyğusundan uzaqlaşmanıza səbəb olacaq. Yaradıcılıq, idman və sosial fəaliyyət təkliyi yox edən əhəmiyyətli həll yollarından biridir. Dini məşğuliyyətlər, ev heyvanı saxlamaq, hobbilərlə məşğul olmaq təklik duyğusunu azalda bilər”.
Təkliyi məğlub edə bilmək üçün müsbət bir dünyagörüşü əldə etmək və yeni dostluqlara yelkən açmaq lazımdır. Sosial əlaqələrini nizama qoyan insan həyata qarşı müsbət olmağa başlayacaq və təklik hissindən tamamilə xilas olacaq.