Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
SENsiz Romantikam…

SENsiz Romantikam…

Dünən bir mesaj gəldi..Səndən sandım..

Baxdım..Sevgilimdənmiş..Sadəcə cismiylə yanımda olan birindən..Atdım telefonu kənara..Cavab da yazmadan..

Oysa sən olsaydın necədə həyəcanla, gözlərimin içi gülərək cavab yazardım..

Hələdə sevgilim yazdığı mesaja cavab gözləyir..Qoy gözləsin..Məndə səndən mesaj gözləyirəm..

Sevgilim artıq əsəblə dolu ikinci mesajı yazdı..Sevgi və üzr dolu mesaj gözləyir..Ancaq yazmayacam..Qoy üçüncü mesajda ayrılmaq istədiyini yazsın..

Hər şey üç cavabsız mesaj qədər qısa və dəyərsizdi..

Nə günə qaldın sən sevgi? Heç özünə baxmırsan.. Güzgün mü yoxdu yoxsa?

Budur üçüncü mesaj da gəldi `bir də mənə yazma və axtarma`.. Mən onsuzda yazmırdım və axtarmırdım..Bu insanlar qəribədi, etmədiyim bir şeyi etmə deyir mənə..

Nəticə budur ki artıq cismən də yalnızam..

`Məni itirdin` də yazmışdı son mesajında..Mən itirmədim..Mən vaz keçdim..Mən yalnız onu itirdim…

Doğum günümdə məni təbrik edərkən mənə yalnız bir arzunuz olsun `sevdiyinlə sevgilin eyni insan olsun`..








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ