Qısqanclıq daha çox kişilərdə rast gəlinən haldır. Bəzən kişilərin qısqanclığı ailənin dağılmasına da gətirib çıxarır. Müasir dövrdə evlilik və münasibətlərdə böyük problemlərə yol açan qısqanclıq hissi şiddət və vəhşiliklərə səbəb olur. Münasibətlərin başlanğıcında bərabərliyin güclənməsi üçün faydalı olsa da, bir müddət sonra insanın düşüncəsini alt-üst edir. Bəs kişilər niyə qısqanır? Mütəxəssislər kişinin həddindən artıq qısqanclığının 5 əsas səbəbini təsnifatlandırıb. Lunar.az onları təqdim edir.
Qadından yaşlıdır
Kişi yaşlıdır və gənc sevgilisinin, həyat yoldaşının daha gənc birindən xoşu gəlməsindən ölənə qədər qorxur.
Aldadır
"Kişi qarşısındakını özü kimi bilir" sözü əbəs yerə deyilməyib. Özü hər fürsətdə aldadan kişi, əlbəttə, birlikdə olduğu qadının onu aldatmasından qorxar.
İqtidarsızlıq
Ereksiya problemi olan kişi hər zaman birlikdə olduğu qadının ona xəyanət etdiyini düşünür. Bunun bir problem olduğunu qəbul edib tibbdən faydalanmaq əvəzinə qısqanclığı ilə qadını doğulduğuna peşman edir.
Özünü bəyənmir
Güzgüyə və ya digər kişilərə baxdıqda özünü bəyənmir. Bu zaman isə çatışmazlıqlarının əsəbini yanındakı qadından çıxır.
Eynicinslilik
Əslində kişiləri arzulayır. Lakin ictimai qınaqdan qorxaraq xanımlarla görüşür. Günlərin bir günü artıq ayrılmaq istəyir. Ancaq bu ayrılığa ağlabatan səbəb gətirə bilmir. Qısqanclıq davranışları nümayiş etdirməyə başlayır və qarşısındakını bezdirir.(Aile.lent.az)