Münasibətlərdə dincliyi qoruya bilmək və ilk günkü həyəcanı yaşamaq üçün hər iki tərəfin də üzərinə düşən vəzifələr var. Bunları edə bilsəniz, münasibətdəki xoşbəxtliyinizi qarşılıqlı olaraq qoruya bilərsiniz.
1. Qarşılıqlı güvən münasibətin əsasını təşkil edir. Sevdiyiniz adama sonuna qədər güvənirsinizsə, eşqiniz şübhə edilməyəcək bir şəkildə möhkəmdir. Tərəf müqabilinzə qarşı sadiq olmaq ən yaxşı yoldur. Xüsusilə bu iki xüsusiyyət münasibətinizi icra edəcək qədər dəyərlərdir.
2. Qarşınızdakının hər şeyi etməsini gözləməyin və münasibətdə siz də təəccübləndirici, çaşdırıcı həmlələr və gözəl hərəkətlər edin. Özünüzə yaxşı davranın, çünki özünüzə davranış formanız tərəf müqabilinizə də təsir edər, mənfilikləri ona da əks etdirmiş olarsınız. Davamlı olaraq qarşı tərəfdən bir şeylər gözləmək bir müddət sonra əlaqəyə zərər verər. Siz özünüzə qarşı müsbət olmalısınız ki, qarşı tərəf də müsbət ola bilsin.
3. İçində olduğunuz vəziyyətdən asılı olmayaraq daim dürüst və içdən olun. Qarşınızdakından sirr saxlasanız, münasibətdə də güvən bir o qədər yox olar. Artıq münasibətinizdə səmimiyyət tapmaya bilərsiniz. Əgər özünüz kimi davranmasanız, qarşı tərəf də sizi kəşf edə bilməz və beləcə, səthi, süni münasibət yaşayarsınız.
4. Münasibətlərdə ən əhəmiyyətli məqamlardan biri də çətinliklərə birlikdə sinə gərməkdir. Yaranan hər mənfi vəziyyətdə onun həllini qarşı tərəfdən gözləməyin. Münasibətdə üstünüzə düşən vəzifəni yerinə yetirin ki, əlaqəniz düzgün və problemsiz bir şəkildə irəliləsin.
5. Qarşınızdakını dəyişməyə çalışmayın. Tərəf müqabilinizi olduğu kimi sevin və qəbul edin, o zaman münasibətinizdə daha az çətinlik yaşayarsınız. Qarşınızdakı ilə hər zaman eyni fikirdə ola bilməyəcəyiniz kimi, bəzən münasibətinizə rəng qatan, belə anlaşılmazlıqlardan doğan mübahisələr də ola bilər.
Ən sonda bir daha vurğulayaq ki, kiçik problemi böyütməyin və davamlı haqlı tərəf olmağa çalışmayın. Bəzi zamanlarda görməzlikdən gəlin ki, dinc və xoşbəxt bir münasibət yaşaya biləsiniz.