Yağışın hər damlasında sənin simanı görürəm,bəzisində mənə gülümsəyir bəzisində mənə əsəbləşirsən…
Yağış damlalarının düşdüyü kiçik gölməçələrdəki dalğalarda sənin siman dalğalanır….
Yağış damcılarının qulağımda səsləndirdiyi musiqi səni canlandırır…
Yağışdan sonra gələn torpaq qoxusu səni xatırladır mənə…
Yağışı sevirəm səni mənə xatırlatdığı üçün…
Yağışa nifrət edirəm səni unutmağa qoymadığı üçün…
Bəs sən məni xatırlamırsan?
Bəs nə tez unutdun o ilk həyəcanları?
Mən səni görəndə həyəcanlanırdım,adını eşidəndə həyəcanlanırdım..adını öz-özümə tələffüz edə bilmirdim,qorxurdum.Adını bir vərəqə tez-tez yazıb pozurdum…Adının yazılışına belə baxa bilmirdim…Səni sevməkdən qorxurdum,ama səni sevirdim axı…Adımı sənin səsində eşitmək məni həyəcanlandırırdı..Səsin bütün günü qulağımda səslənirdi…
İndi isə səni yadıma sala bilmirəm.
Bəs sən məni xatırlamırsan?
Axı aradan keçən bu zaman ərzində nə qədər yağış yağıb,ay insafsız??
Bəs deyirdin "yağış bizim üçün yağır”..
Bizi xatırlamırsan?
Niyə demədin axı?Niyə etiraf etmədin,mənə də etraf etməyə cəsarət vermədin,axı hamı bilirdi bizim bir birimizə,öz özümüzə etiraf etməyə qorxduğumuz hissləri..Hamı bilirdi..
Hamı səndən ehtiyat edirdi,məni müdafiə edirdin,danlayırdın,əsəbləşirdin,amma demirdin..Demədin də…
Elə səssiz-səmirsiz çıxıb getdin…məni yağışlarla baş başa qoyub getdin…
Həmişə pəncərənin arxasında oturub yağışa baxanda fikirləşirdim ki,nə vaxtsa ikimiz eyni pəncərənin arxasında oturub yağışa baxacağıq…Amma mən yenə də həmin pəncərənin arxasında tək oturub yağışa baxıram..Sən hardasan?
Hansı pəncərənin arxasındasan?
kiminləsən?.
Bilmirəm...Yağışa baxanda mən yadına gəlirəmmi?.
Bilmirəm…
Zalımsan…Məni kiçik bir səhvə görə belə ağır cəzalandırdın..Heç bir söz də soruşmadan getdin…Məni bu fikirlərlə,düşüncələrlərlə və ömrümün axırına qədər yağan yağışlarla baş-başa qoyub getdin…
Yağışı sənə görə sevirdim...
Sənə görə də nifrət edirəm...