Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Farklı olak için diyil.. Mutlu olmak için yaşa.

Farklı olak için diyil.. Mutlu olmak için yaşa.

Farklı olak için diyil.. Mutlu olmak için yaşa.




Hərdən olur ki, özünü çox pis hiss etdiyin üçün içə bilmirsən. hərdən də özünü çox pis hiss etdiyin üçün içmək istəyirsən.


-Təsəvvür elə ağac bar verəndə başını aşağı əymir, atalar şok


-İnsanlar güvənilməyə layiq deyildir.

-Çaxır kədərin maye halıdır, sən çaxırın qadın halısan.

məndə tısbağa olsam yavaş yavaş hərəkət eliyərəm da , day bilsəmki 200 il yaşıyacam hara tələsirəm ki.

Bazar ertəsini belə səndən çox sevirəm ." Demək istədiyim insanlar var

Evdə işıqlar sönəndə tez pəncərəyə qaçıb "hamınınki keçib "deyən qardaşımıydı.İşıqların sönməsiylə öz kreslosunda yuxuya gedənsə babamıydı.Əlini şam işığına uzadıb "bu kiçik istiliyə belə dözə bilmirik , gör onda cəhənnəm əzabı nədir?"deyib, bizi imana çağıran nənəmiydi.Başqa küçələrin işıqlarının yandığını görüb təəssüflənən atamıydı.Anam heç sevməzdi işıqların sönməsini , şam ləkəri, yıxıb dağıtdıqlarımız üzündən.İşıqların sönməsiylə , şamdan axan isti damcılarla sevdiyim qızın adının baş hərfini qoluma yazansa məniydim...Nə gözəl günləriydi.İşıqların yanmasını heç istəməzdim.

-Qələmlə yaradılan qadının saçlarında dəli olmuşam.

-Sən yağan yağışın romantikliyindən,mən küçədəki uşağın, su buraxan ayaqqabısından yazaram ikimizdə şair olarıq.

-Bu havada yavaş-yavaş işıqları közərməyə başlayan parkdakı skamekada uzanmış 73 yaşlı kişinin üzündəki damcının yağış suyu olduğuna inanmaq çətin idi müəllim...

-İçindəki hisslər öləndən sonra, ətrafında çoxlu insanın olmasının elədə önəmi qalmır.

Sən mənim qovulduğum cənnətimsən.

-Zarafatla belə olsa, insanlara "çirkin" deməyin.Bəlkə o an gülər amma sonra istər istəməz canı yanar. Hə birdə unutmayın, sizə görə çirkin olan insan başqa birisinə gözəl, yaraşıqlı ola bilər. İnsanın qüruruna, özgüvəninə zərər vurmayın.

O vaxt qıznan 2 gün danışırdın deyirdin səni sevirəm , deyirdi bə xiyar görməmisən necə sevirsən? Səndə naxadı stat yazırdın ki , görmədən necə sevirsən demə , biz rəbbimizi də görmədən sevdik.

Deyirki 5 barmağın 5də bir olsaydı orta barmaq heç kimin acığına gəlməzdi))

Hər biri bir tərəfə uçub gedən minlərlə hərf vardı içimdə.Amma heç zaman boş ifadə daşımayan ifadələr idi onlar. Birləşib doğru insana doğru zamanda düzgün formada söylənməsini gözləyən hərflər...Bu hərflər zaman zaman sözlərə dəyişdi. Sonra içimdən gələn səs ilə bu sözləri ortaya çıxarmağa qərar verdim. Ürəyimdə birilərinə minlərcə ifadəni söyləməyə çalışacaq bir hiss vardı... Sanki tullantı idi,kimsəyə lazım deyil idi içimdəkilər,bəlkə də mən elə düşünürdüm. Ağırlığını daşıya bilmədiyim sözlər idi, gözlərinə baxarkən dediyim sözlər, susaraq içimdən deyə bilmədiklərimi saymıram belə... içimdəki sözlər idi,böyüdü şeir oldu...

Adam demişki, get çox uzaqlara get, amma gedərkən dönməyi unutma.

Bax yenə aylar keçdi,illər ötdü. Dəyişdi küçələr, dəyişdi divarlar, dəyişdi doğmalaşan qonşular. Ötdü dünənlər, ötdü getdi dünənki olanlar. Amma getmədi içimizdə böyütdüyümüz xəyallar,arzular. Hər il boyunca eyni küçələrdən ötdük,eyni insanlarla salamlaşdıq, hər şey eyni idi, gülən simalarımız, fərqli idi yanımdakı boşluq. Fərqli idi , sanki illərdən qalma o girdiyimiz mağaza,içəridən aldığımız bulkalar,çipsilər :) sanki başqa idi,parklar, oturacaqlar,fəvvarələrin səsi,qaçan uşaqların səsi... Sanki hər kəs dəyişmişdi,hər kəs böyümüşdü mən balaca qalmışdım. Yox idi,musiqi dinləyərkən qulaqcığın bir tərəfini mənimlə eyni zamanda dinləyən biri yox idi,sən yox idin... Gözlədiyim küçələrdən ümid kəsilərkən,hər gün oyanan yeni ümid ilə səni gözlədiyim,amma gəlməyəcəyin bir hiss vardı qəlbimdə. Gəldin, hər gün yuxuma sən olaraq gəldin, yenə eyni siman, yenə yığmadığın,üzünün bir qırağına tökülmüş saçların və titrək səsin... Yenə əzilmiş şəkillərin,yenə baxarkən yaş olmuş telefon ekranım....










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ