Səni hər sevirəm dediyimdə bir addım daha atıram sənə,bir addım da ölümə... Və hər darıxdığımda dərhal yanımda var olur xəyalın... Və sən yox olursan sarılarkən sənə...
Amma bilirəm sən gözlərimi açan kimi itəcəksən,doymamışdım sənə, indi də xəyalınə belə doya bilmirəm.Sənə mən məhşər günümü saxlayıram. O gün; bir tək dilək şansım olsa,səni diləyəcəyəm Allahdan,səni istəyəcəyəm yanıma ,bir az olsun,bir an olsun sən mənim ol deyə yalvaracağam Allaha...
Gözlərinə baxacağam,əllərinə toxunacağam sənə sarılıb; istiliyini,qoxunu çəkəcəyəm içimə. Bir dəfə daha eşitmək üçün dodaqlarından
"SƏNİ SEVİRƏM"deyə diz çöküb yalvararam inan.
Bir dəfə daha eşitsəm məni sevdiyini; cəhənnəmin ən dərin,ən isti yerini versələr,ən günahkarlarla bir araya qoysalar, məni yenə səsimi çıxarmam,yanıb qovrulsam orada sənə toxundumsa,gözlərinə baxdımsa bu yetər mənə...
Məni sevdiyini eşitdiyim anı ən gözəl cənnətə dəyişmərəm inan. Cənnətim idin sən mənim,gözbəbəyim,birdənəmdin... Ruhuma qatmışdım səni.
Can bədəndə ruhuyla yaşar,sən getdin gedəli onsuz da bir fərqim qalmadı, cəhənnəmdə əzab çəkənlərdən onsuz bir fərqim qalmadı canını Allaha təkrar verənlərdən