Mən içimdən qaçıram. Sən qaranlıqdan Səni gecənin tünd rəngi salır təşvişə Mən... Mən isə kədərin də qüssənin də İsıqlı sabahlarından qorxmuşam həmişə Çəkilirəm, itirəm. Mən səbrimin zülmətində Dözürəm ayrılıqlara Sıgınıb qaranlıqlara... Mən içimdən qaçıram Sən tənhalıqdan Özündə bir özgə yaşamır axı Özündə bir özgə öldürmür səni Bir həsrət yükünü daşımır axı Mən... Mən isə tək qalmaq istəyirəm Elə lap əbədi... Usanıram bezirəm bu inadkar hicrandan Nədir dərdi?! nədir dərdi?! Mən içimdən qaçıram Sən aglamaqdan Dumanlara düşürsən qəhərə qarışırsan Gözünün qayğısına qalmağa calışırsan Mən isə olub özgə bir kimsə Ürəyimdə yaralı gülüşlərdən qaçıram Xatirimdə keçmişə dönüşlərdən qaçıram Ağlamaq istəyirəm Kovrəlib bu qismətdə hər bitişməz qırıqdan Utanmayıb hönkürtü hıçqırqdan Ağlamaq istəyirəm Ağlamaq istəyirəm... Mən içimdən qaçıram Sən yalanlardan Riyalardan.... Yaman məğrur baxırsan Sənə tale bəxşişi zirvəli iddialardan Yaman məğrur baxırsan... Hər addımda gözümə sancılan O vəhşi doğruları öldürməyə çalışan Yalançı cəllad mənəm Üsyançı cəllad mənəm Dogrulardan darıxan Sən özündə Yalanım! Həqiqətdən bezmişəm, istəyirəm aldanım Yalanim... İstəyirəm ömürlük varlığına inanım Mən içimdən qaçıram Sən yox olmaqdan Bilsən bu varlıgımda usanib var olan ürəyim də özüm də Bu yeriyən yoxluqdan... Mən içimdən qaçıram Sən içimə qaçırsan... Divanədən içindən qaçanlara ithaf! Məni qinayın... DİVANƏ...