Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
..:: Həsrət qalmışam ::

..:: Həsrət qalmışam ::

..:: Həsrət qalmışam ::



Gör neçə vaxt keçib, sən gedən gündən,
O gündən bugünə yaman dolmuşam.
Ömür yollarımdan sən itən gündən,
Bir mesaj, bir zəngə həsrət qalmışam!





Oturub xəyallar qururam hərdən
Xəyallar başıma səpilib dən-dən
Biləsən, hələdə ürəyimdəsən
Can deyən səsinə həsrət qalmışam !
Kövrək mahnılarda qəlbi ovutmur,
Ürəkdə dirənib səni unutmur,
Bir kimsə, bir özgə yerini tutmur,
Sənin gülüşünə həsrət qalmışam !








Yoxluğun qəlbimi inlədir hər an,
Bu qədər daş ürək olarmı insan,
Üzülüb ümidlər, qalmayıb güman,
Bir sözlə mən sənə həsrət qalmışam !








MeLeK от 6 avqust 2016 23:00
Paylasim ucun tesekkurler...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ