Bu gün səni bir nəfər soruşdu məndən...Həm də bilirsən necə soruşdu? Dedi ki, "sən onu hələ də sevirsən?" Gözlərim doldu, boğuq bir səslə "hə, hələ də sevirəm" dedim.O da "görünür o da səni çox sevir ki, ona qarşı içindəki sevgi hələ də ölməyib"dedi...Sadəcə susdum və güldüm "ölməyib ona qarşı sevgim ölməyəcək də"dedim... Amma "o, məni sevmir,heç vaxt da sevməyəcək" deyə bilmədim...Evə gəlib, səni xatırladan mahnılardan birinə qulaq asıb ağlamaqdan başqa çarə tapmadım...Hə sevdiyim, yenə sən, dediyin o acı sözlər, şirin gülüşün, gözlərin yadıma düşdü...Yenə sevməməyin düşdü yadıma...Bəlkə də məni sevmirsən deyə bu qədər çox sevirəm səni...Bəlkə də mənə acı verirsən deyə bu qədər bağlıyam sənə...
Çarəsi olmayan tək dərdim sənsən...Elə bir dərdsən ki, min bir dərmana dəyişmədiyim, elə bir dərd ki, dilim dərd deməyə belə gəlmir... Elə imkansızsan ki, mənim üçün...Yuxularıma belə gəlmirsən...Gələndə də getməyini istəmirəm...Oyanmaq istəmirəm...Yuxudan durandan sonra isə əvvəl sevinirəm, sonra saatlarla ağlayıram..Yuxuda belə ağladırsan məni.Nə dost ola bildik, nə sevgili...İnan ki, məni sevməyini istəmədim...Sən isə nə sevdin, nə başa düşdün, üstəlik nifrət də etdin..
"Bəlkə o da sevir" fikrindən başqa heç nə düşünmürəm...Elə baxırsan ki, ümidlənirəm...Bəlkə gözlərin sataşır təsadüfən amma bir baxışınla dünyaları vermiş olursan mənə... Amma bilirsən nəyə təəssüflənirəm? Mən baxan kimi sən gözlərini çəkirsən,sən baxan kimiysə mən...Gözlərimiz belə bir-birinə həsrətdir...Daha doğrusu mənim gözlərim gözlərinə həsrətdir...Kaş gözlərimiz sevgili olsa...Ayrılmasalar bir-birlərindən...Yalnız bir-birlərinə baxsalar...Sadəcə baxsalar...Hər şey dayansa, zaman dursa, hər kəs sussa, biz belə danışmasaq...Sadəcə və sadəcə gözlərimiz danışsa..