Sən "Səni Sevirəm"deyəndə də "Sən Günahkarsan"demişdin
Mən "Səni Sevirəm"deyəndə də heç günahları düşünməmişdim
Və bir dünya yaratdım öZümə
Həvva sonsuzdu mənim bəşəriyyətimdə
Adəm..Adəm o bir şair, Tanrısı şeir
Və çiynimdə bir bayquşum var, bülbüllərin görsə dilləri tutular
Sən getdin kəsildi sancılar
Sən getdin bitdi bütün o ağrılar
Sən getdin ağlamadım day
Sən getdin boğmadı o əclaf hıçqırıqlar
Sən getdin dayandı, titrəmədi əllərim
Sən getdin kəsildi dərmanlar, rahatlaşdı bədənim
Sən getdin mən öldüm, birdə dirilmədim...
Ona görədi bütün bu hissiyyatsızlıqlar
Nə qədər yoxsan narahat bədənim
Ruhum yatmağa qoymur məni
Darıxır qurduğumuz cümlə
Üzümə görünür xəyalın (sənin)
Sən getdin kəsildi sancılar
Sən getdin bitdi o ağrılar
Sən getdin ağlamadım day
Yox oldu sancılar..
Səmada buludlar bizim üçün ağlasın
Dəli bir ayrılığ yaşatsın hər kəsə
Bəlkədə bu dəfə birazda üzsüz
Titrətsin yeri Tanrı səsiylə
Hissizəm, heçnəyi qanmıram
Üzümə baxmıyın, qorxağam danmıram
Qalmır geridə addım səslərin
Boğulur bədənim..
Gülüşlərdə gizlədim sevgimi
Gizlicə gülürəm çoxluğ içində
Yoxluğ içindəyəm, yoxluğa tabeyəm
Yorğunam əl çəkin!Yorğunam özümdən
Qar yağsın, qoy sevgimə qar yağsın
Yaxşıca boğ əmin ol öldüyümdən
Biləklərimi kəs, boşalt damarlarımdan qanımı
Sağ buraxma məni! Nəfəs buraxma ciyərlərimə
Və sonra əyil qucağla cansız bədənimi
Qarışsın saqqalıma saçın, öp dodağlarımı
İslaq üzün dəysin boynuma, məni birdə buraxma..
Tut soyuq əllərimdən, axı sən əllərimi sevərdin
Axı mən ölsəm əgər bir gün səndə ölərdin
Axı köçüb getsəm bu şəhərdən, dalımca səndə gələrdin
Axı sən məni sevərdin...
Qucaqla cəsədimi, qucaqla cansız bədənimi
Birdə buraxma! Məni birdə buraxma
Buraxma məni!!!
Bilirsən?! Bu şəhər heç sevmədi məni
Sənin sevmədiyin kimi...
Həe fəsli yığdı belimə, daşıdım..daşıdım
Daşıdığıca yeni yeni fəsillər yarandı, yüküm ağırlaşdı
Və bu şəhər heç sevmədi məni
Mən isə məni sevməyən bu şəhərdə səni dəlicəsinə sevdim
Qovuşdu arzular, qovuşdu ayrılıq
Zamana tuş gəldik ikimizdə
Sən getdin...
Bir ayaq izində qalmadıki izinə düşüm
Toz oldun küləklə..Toz oldun ürəkdə..
Sağ çiynimdə kədər, sol çiynimdə sən
Mən gedirəm...
Müəllif:Ali Khayyam
Mən Ali Khayyamın "Yoxluq" şeirini dinləyərək dırnaqlarımla ovucumu qanadaraq vazkeçmişdim Səndən...Səncə geri dönə bilərəm mi?! Ölsəm dönmərəm!..