Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
SeVmƏk...

SeVmƏk...

SeVmƏk...



Sevmək sevdiyini istəməməyi öyrənməkdir. Sevmək sevdiyini sevgili olduğuna görə sevməkdir.
Sevmək; sevmək-sevilmək deməkdir.
Sevmək, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir yerdir.

Elə bir yer ki bütün həqiqətlər, bütün dünya silinər. Nə Ondan başa düşməsini gözləyərsən, nə də onu başa düşməyi. Nə onun gəlməsini gözləyərsən, nə də onun Leyli, Məcnun olmağını. Gözlədiyin başqa bir şey yoxdur sevə bilməyi bacarmaqdan başqa.

Sevmək sevgililərin heç bir sözünə üzülməməyi öyrənmək deməkdir.
Sevmək sevgilidən gələn „öl“ əmrinə belə „ölərəm“ deyə bilməkdir. Sevmək öz əlləri ilə ürəyini bir bıçağın ucuna qoya bilməkdir.
Sevmək ölməkdir.
Sevmək, ölməyi bilməkdir.
Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma artıq onun bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir!
Sevmək, tükənməkdir. Sevməkdən ölərkən təkrar yaşaya bilməkdir.

Sevmək, sevgilinin baxan gözlərinə baxa bilməməkdir. Ağlayan gözlərə nəzakət və təbəssümlə qarşılıq verə bilməkdir.
Sevmək, sevgili olmaqdır. Sevgilinin üzündəki gülüş olmaqdır. Onu yaşadacaq bir damla su olmaqdır.
Sevmək sevgilinin limanı olmaqdır.
Sevmək sevdiyinin canı olmaqdır. Onun ölümü istəyə bilməyəcəyi canı olmaqdır.
Sevmək alov olmaqdır. Yanmaqdır, kül olmaqdır.
Sevmək inanmaqdır.

Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır sevmək.
Sevmək, yalansız bir həyat, ölümsüz bir dünyadır. Sevmək, ilk insanın, Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir.

Sevmək, gözyaşı olmaqdır, yağan yağış olmaqdır. Bir payız mövsümünün sarı yarpağı kimi yalnız olmamaqdır.
Sevgilisiz ikən sevgilini sevməkdir.

Sevmək, üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir.
Sevmək, sevgiliylə hər şeyə dözə bilməkdir. Sevmək, sevgilinin olduğu cəhənnəmə getməkdir. Sevgilinin olmadığı Cənnətə də getməməkdir.

Sevmək, sevgilini cənnət eləməkdir.
Sevmək bir olmaqdır.
Sevmək yaşamaqdır.
Sevmək bir başqasının həyatını yaşamaqdır.
Sevmək sevilməyə layiq olmaqdır.

Sevmək sevgilinin baxdığı yerdə, susduğu yerdə olmaqdır.
Sevmək sevgilisiz keçən gecələrdən sabaha çıxa bilməkdir.
Sevmək SEVMƏK olmaqdır.
EŞQ olmaqdır.
EŞQ bir dəfə sevməkdir.
Və ən nəhayət sevmək sevginin özü olmaqdır.
Əgər bir həyat vardırsa sevgisiz o həyatda mən yaşamaram

]








Inara от 29 iyul 2016 15:02
maragliydi xebere gore sagoll
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ