Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bax, budur sevgim.

Bax, budur sevgim.

Bax, budur sevgim.


Bəzən, ağac kölgəsində oturub dincəldiyim zaman bir oğlanın xeyli zamandır gecikən sevgilisini gözlədiyini görərək, deyirəm- mən fərqli olaraq onu qızmar günəş altında ömürümün sonuna qədər gözləyərəm. Sevdiyimin gəlişini görüncə, hər kəsdən fərqli sevinəcəyəm.

Bəzən, qoşa gedən və üzlərindəki xoşbəxtlik siması olan cütlükləri görəndə həsəd aparmıram, biz bunlardan da daha xoşbəxt görünərik deyirəm. Onların münasibətində olan qayğılarını görəndə sevinərək deyirəm, biz onlardan daha da qayğılı olacağıq. Onların baxışlarında olan bir-birinə sevgisini görən də, daha da ürəklənib deyirəm, biz bir-birimizi daha da çox sevərik.

Bəzən, sevgilisindən küsən qızı görəndə və öz sevdiyi qızın nazı ilə oynayan oğlanı görəndə, üzümdə təbəssüm yaranaraq deyirəm, o da məndən küsər, mən də yorulmadan onun nazını çəkərəm.

Bəzən, dava edib, bir-birilərini incidən sevgililəri görəndə, təəssüf edərək deyirəm, biz onlardan fərqli olaraq heç zaman dalaşmayacağıq. Hər kəsdən fərqli mehriban olub, bir-birimizi daha çox sevərik.

Bəzən, sevgilisini aldanan oğlanı görəndə, nifrət hissi ilə deyirəm, bizim sevgimiz fərqli olacaq. Mən heç zaman onun dəyərini qısa müddətli əyləncələrin səviyyəsinə salmaram.

Bəzən, sevgilisi tərəfindən atılmış qızı görəndə, ağrı acısı ilə deyirəm, mən onu heç zaman atmayacağam. Onu daha da dəyərləndirib, bir ömür onunla olaram.

Bəzən, sonu ayrılıq olan sevgiləri görəndə, kədər hissi ilə deyirəm - biz heç zaman ayrılmayacağıq. Bizim sevgimiz əbədi və hər kəsin sevgisindən fərqli olacaq.

Və bəzən diz çökərək ALLAH dərgahında ümid dolu kəlmələrlə deyirəm- görəsən nə zamansa sevgimizin şirinliyi haqqında yazacağammı? Və bəzən ALLAH-ıma söz verərək deyirəm - mən onu canımı alana qədər sevib, heç zaman atmayacağam.

Mən Sənə hər şeyimi verdim. Bir tək canım qaldı, onuda zamanı gəlincə verəcəyəm. Və bəzən fikirli halda özümdə güc toplayaraq deyirəm - darıxma Asəf, çox yaxında O da anlayacaq səni.

Çünki biz Səninlə xoşbəxtlik zirvəsini fəth edəcəyik.








MeLeK от 29 iyul 2016 10:12
Maraqli yazi ucun cox sagolun...gozel sozleri var...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ