Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Mən öldüm deyə...

Mən öldüm deyə...

Mən öldüm deyə...


Mən öldüm deyə dəyİşmədi bu şəhər
Günəş yenə isidir bu buz torpağı
Səhər yenə gəlir,
Yaşayan ömrünün pəncərəsinə
Mən öldüm deyə gecədən ay da küsmədi
Nə bu yollar nə də ağaclar düşünmədi..
Biri vardı deyə...

Bir gülüş də azalmadı özgələrin üzündən
Həyat da heç keçmədi doğrusundan, düzündən
Mən öldüm deyə şəfəqli dəniz
Yorğun sahillərə can atdı durdu
Bu beləydi əslində belə də oldu
Kim bilir kimlərin izi tükəndi
Bu mənsiz şəhərin küçələrindən
O nəfəs...

Son nəfəs qopdu gecələrindən
Mən öldüm deyə darıxma vallah
Gözün çox sevincin xəyalındadı
Tələsir əlinə sevdalı əllər

Kim bilir...
Sevgilim!
Bəxtin kimin əlindədi,
Ömrün kimin yanındadı
Mən öldüm deyə ölməyəcək ki, gülüm
Səni nə vaxtsa yenidən sevən ürəklər
Günləri günlərə calayan ümüdlər diləklər
Ölməyəcək ki...

Sən dönüb dolanan əqrəbə baxma
Zamansız oldu Divanə
Dönməyəcək ki...
DİVANƏ...









Suzana от 28 iyul 2016 20:33
gozel xeberdi ellerine sagliq can
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ