Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu gözəl sevgimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim

Bu gözəl sevgimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim

Bu gözəl sevgimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim


Elə bir ağaca güvən ki heç qurumasın, elə birini sev ki, heç zaman unutmasın, sev amma mövsümlük olmasın, yayda yaşıl olub qışda solmasın.

Bir gül olmaq istərdim. Bilirsən nə üçün? Məni dərib iylədiyində bədəninin dərinliklərinə girib bir daha oradan çıxmamaq üçün.

Yağan hər yağış damlasında sən varsan. Bilirsən nə istəyirəm? Hər gün yağış yağsın.

Qalan son sevgi parçasını ilk gündəki kimi yaşadacağam içimdə. Sevgilim heç bir zaman ayrılmayaq ölsəm belə əllərində.

Mükəmməl bir insanla tanış olmaq istəyirsənsə, aynaya bax və səni tanıdıqları üçün Allaha şükr edənləri düşün, çünki mən də o insanlardan biriyəm.

İnsanlar tanıdım ulduzlar kimi idilər. Hər biri göydə idi. Hər biri parlayırdı, amma mən səni günəşim seçdim və bir günəş üçün min ulduzdan vaz keçdim.

Həyata niyə gəldiyimi düşünməyə başlamışdım, səninlə tanış olandan sonra başa düşdüm səbəbini dünyaya gəlişimin.

Alıb qırsalar qələmimi qanımla yazaram səni sevdiyimi.

Kül olmuş atəş yanarmı? Buz tutmuş su axarmı? Bu gözlər sənə baxdı başqasına baxarmı?

Hər yağış damlası səni sevirəm demək olsaydı hər yeri sel götürərdi.

Gülü bir gün, səni hər gün, gülü soluncaya qədər, səni ölüncəyə qədər sevəcəyəm.

Onun dərdlərini paylaşıb. Onun üçün ağlayırsınızsa bu eşqdir, o olmadan onu düşünüb ağladığınız vaxt olubsa o da eşqdir.

Mənə deyirsən ki mənsiz yaşa, yaşayarmı bu bədən ruhu olmasa?

Yer üzündəki tək sevinc, həyatımdakı tək həsrət, dilimdəki tək dua, gözümdəki tək yaş, yuxularımda bir tək sən yalnız sən varsan! Mən səni sevirəm!

Səni nə qədər sevdiyimi bilmək istəsən, yerə düşən yağışın hər damlasını tutmağa çalış. Tuta bilmədiyin damlalar mənim sevgimdir.

Qəlbimi qırmaq suya yazı yazmaq qədər çətindir. Könlümü almaq günəşə toxunmaq qədər çətindir. Sən suya yazı yazmağı bacardın, indi günəşin batmasını gözlə.

Günəş aydınlatmaq, quş uçmaq, külək əsmək üçün mən isə səni sevmək üçünəm. Mən səni sevirəm.

Güllər içində keçsə də ömrüm. Sənin üstündən gül qoxulamaram. Gülüm səni qoxulamaqsa ölüm. Sən buna dəyərsən gülüm.

Gözlərindən süzülən bir damla yaş olmaq istərdim. Gözlərindən doğub, yanaqlarından süzülüb, dodaqlarında ölmək üçün.

Sən hər zaman harada oluramsa olum nə düşünərəmsə düşünüm hər an qəlbimdəsən. Səni nə qədər sevdiyimi kəlmələr ilə anlada bilmərəm. Amma bunu bil SƏNİ SEVİRƏM!

Ürəyimdən ürəyinə yollar var, mənim üçün uzaqlardan bir təbəssüm yolla.

Bu gözəl sevgimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim,,,,,,,,,,,

Sənə şərab verəcəyəm, iç amma sərxoş olma. Sənə bir gül vərəcəm, qoxula amma soldurma. Sənə qəlbimi verəcəyəm, sev amma incitmə!

Allah gücü kişiyə gözəlliyi qadına vermiş. Hər şeyi yenən güc gözəlliyə yenilmiş.

Eşqimizin suya düşəcəyini bilsəydim, balıq olardım.

Kaş ki, sənin kimi ola bilsəm, fəth edilməsi çətin, əldə edilməsi ölüm.

Siqaramdakı duman idin, siqaranı buraxdım, qədəhimdəki içkim idin, içkini buraxdım, gecələri röyamda idin, yatmağı buraxdım. Baxdım, sənsiz yaşanmıram, yaşamağı buraxdım.

Sevgini göstərəcəksən söyləmək yetməz, sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi her şeydir qəlbə həbs edilməz, sevəcəksən mənim kimi amma buna ürəyin yetməz.

İçimdən bir şer yazmaq gəldi. Yazıram, çünki sevirəm, sevirəm, çünki hiss edirəm, hiss edirəm, çünki yaşayıram, yaşayıram, çünki səninləyəm!

Röyaların ən gözəlini görürkən, Tanrının səni qorumaq üçün göndərdiyi mələklərin qanadları o qədər böyük olsun ki, ən məsum anında belə kimsə sənə zərər verə bilməsin.

Səni tapmaqdan çox axtarmaq istərəm, səni sevmədən öncə anlamaq istərəm, səni bir ömür boyu bitirmək deyil, səni yenidən başlamaq istərəm








MeLeK от 27 iyul 2016 11:49

Mükəmməl bir insanla tanış olmaq istəyirsənsə, aynaya bax və səni tanıdıqları üçün Allaha şükr edənləri düşün, çünki mən də o insanlardan biriyəm.
Gozeldir..tesekkurler :love:
--------------------
ORXAN от 27 iyul 2016 12:10
əladı super deyirəm axı əl qabiliyətiviz qəşəydi :feel:
Prinsesa от 28 iyul 2016 01:14
Mraqlı yazı idi çox sağol)
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ