Bəzən çox səhifəli bir kitabı yalnız bəyəndiyin bir səhifəsinə görə sevərsən.Həmin səhifə sənə çox doğma gələr və sanki sırf sənin üçün yazıldığını düşünərsən.Həmin səhifənin ən sevdiyin cümlələrinin altından xətt çəkərsən,neçənci səhifəni oxuduğuna baxmayaraq,tez-tez qayıdıb o səhifəni dönə-dönə oxuyarsan.Hətta kitabı oxuyub qurtarsan belə ağlın,o səhifədə qalar.Çünki üzünü güldürən,səni düşünməyə vadar edən və oxuduqca doymayıb,yenidən oxumaq istədiyin kitabın yalnız o səhifəsidir. Aşiq olmaq da buna bənzəyir.Dünyada səkkiz milyard insan içindən yalnız birini özünə doğma hiss edərsən,baxdıqca baxmaq istəyərsən,ağlın,fikrin yalnız o insanda qalar.Kitabın çox sevdiyin bir səhifəsini oxuduğun kimi o insanla bir dəfə ünsiyyətdə olsan,üzün gülər,onun gözlərinə baxmaqdan doymarsan,bu görüşün üstündən bir neçə gün keçsə belə onu düşünərsən.Bir səhifəsinə görə aşiq olduğun kitab kimi yalnız bir insana görə əvvəllər sıxıcı,boş sandığın dünyanı sevməyə başlayarsan.Necə ki,həmin sevdiyin səhifəni oxuyana qədər o kitabın sənə maraqsız gəldiyini düşündüyün kimi.Amma o səhifə ilə tanış olduqdan sonra həmin kitab sənin kitab rəfinin ən sevimli üzvünə çevrilir.