Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sənə ehtiyacım var...

Sənə ehtiyacım var...

Sənə ehtiyacım var...


Çox şey istəmədim səndən. Yalnız əlim üşüdüyündə əlimi cibimə yox, ovucuna qoymaq istədim. Gözlərinə bir dəfə olsun yaxından baxa bilmək, səsini hər zərrəmə qədər hiss etmək istədim. Sənə bir şey olduğunda, uzaqdan özümə zərər vermək yerinə, sənə zərər verənləri yox etmək istədim.Nə qədər mümkünsüz ola bilərki bu istəklərim? Həyatın xəyallarımı yox etməsini vecimə almayaraq səni istədim.Gülüşün, əsəbləşməyin, baxışın mənim olsun istədim. Səni düşündüyümdə canım yanır. Hələdə sevirsənmi dediklərində "yox" deyə bilmirəm.



Düzdü unutduğumu, o qədər də unudulmaz olmadığını deyirəm. Deyəsən mən heç yalan danışmağı belə bacarmıram Ağrıyaraq baxırlar mənə. Nə düşündükləri vecimə belə deyil. Amma bir düşün sevgilim, səsini əzbərlədiyimi, gözlərini ağlıma qazıdığımı, nə qədər uzaqda olsan ol sənin hər cizgini xəyal edə bildiyimi.. Sən qarşıdan gələndə xoşbəxt olduğumu göstərmək yerinə boynuna sarılmağı düşünmüşdüm.Amma etmədim, edə bilmədim. Mən yalnız səni istədim başqasının olduğunu bildiyim halda. Əsəbləşmə mənə. Sən heç başqasında olanı istəmədinmi uşaqkən?Artıq öz səmamı istəyirəm, rahat nəfəs almaq. Hər nəfəsimdə səni içimə çəkmək istəyirəm. Nəfəs almağa ehtiyacım var, sənə ehtiyacım var.









SENINEM от 7 avqust 2016 01:14
COXX GOZELDI ELLERE SAGLIQ
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ