Həyatda bəzən elə an gəlir ki,fikirləşirsən ki,ətrafında olan insanlar əslində tam başqa cür olmalıdır,etrafında olan hər bir şey əslində sən istədiyin deyil,sənin arzuladığın kimi deyil…
Artıq sənə hər şey yad gəlir, insanlar da,əşyalar da, istəklərin də,arzuların da…
Amma nə etmək olar,həyat budur…
Valideynlərin artıq qocalırlar,yad insanların uşaqları bu həyatdan gedir… Gecə səhəri,səhər gecəni əvəz edir,nə qədər də maraqsız… Sən nəyisə dəyişmək istəyirsən,amma bacarmırsan,bəlkə də sadəcə olaraq nəyisə nəyəsə əvəz etməkdən qorxursan…
Yol gedirsən və fikirləşirsən: Niyə bu yolu gedirəm? Hara aparır bu yol məni?
Ağlında olan bütün suallar itir,həmin suallara haçansa verə biləcəyin cavablar da itir…
Hər şey mənasını itirir,amma yalnız səhərə qədər… Çünki səhər oyanıb yenə də bu həyati yaşamalısan…
Sən həyatda “sevdiyim”, “dostlarım” sözlərini işlətmisən,amma nə faydası ,onlar səni heç vaxt başa düşməyiblər,onlar sənə heç vaxt kömək edə bilməyiblər. Görəsən bacarardılar?
Təbii ki yox,onlar yalnız dinləyirdilər,susurdular,ya da nəsə deməyə çalışırdılar…Bundan artıq onların sənə köməyi olmayıb…
Sən isə sadəcə sakit olmağı üstün tutdun,onsuz da onlar başa düşmürdülər səni,sənin öz fikirlərin,onların öz princıpləri…
Bunlara səbəb nədir görəsən? Səbəb elə sən özünsən… Sənin qeyri-adiliyin,qeyri-müəyyənliyin heç kəsə lazım deyil…Sən – hadisələrin,səbəblərin qulusan… Amma bu sənə bəraət qazandırmır…Bəraət qazananlar səndən fərgli olaraq azadlığa,sərbəstliyə qiymət verənlər olur… Yenə də susursan…
Sən bu qaranlığdan,tənhalığdan qurtulmaq istəyirsən.amma alınmır …Səbəb?
Səbəb isə təkdir,sənin inamsızlığın,sən heç kəsə inanmırsan,sən həyatdan küsmüş insansan,sən özün özüvə,öz xəyallarıva,öz arzularıva da inanmırsan… Sən artıq çoxdan hər şeyi özün özündə öldürmüsən,bütün hisslərivi,istəklərivi,sən hətta sevmək qabilliyətini də itirmisən…
Heç həyatdan küsdüyünüz anlar olub?