*Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik.
*Sevmək insanı yalnızlaşdırır.
*Həyata necə başlayırsan, başla sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik…
*Bir xəyalı öldürmək, bir həqiqəti öldürməkdən daha çətindir.
*Zərəri yoxdur, xəyal qırıqlığı məni cilovlayan ən yaxşı müalicədir.
*Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt yaradın. Ən əsası yazın. "Kişilər nə düşünər?” deyə fikirləşmədən yazın!
*Həyat röyadır, oyanmaq bizi öldürür.
*Nə qədər az görsək, o qədər çox inanarıq.
*Belə bir dünyaya necə uşaq gətirmək olar? Nə haqla əziyyəti çoxaldırıq? Uzun müddətli sevgilərin olmadığı, zəif duyğuların ardınca oradan-buraya sürünən bu zövq düşkünü heyvanların soyunu hansı haqla davam etdiririk?
*Başqalarının gözləri bizim zindanlarımızdır; başqalarının düşüncələri bizim qəfəslərimizdir.