Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Təəssüf olsun

Təəssüf olsun

Təəssüf olsun


Təəsüf yağışına düşdüm o gün. Öldün mənim dünyamda...
Ya mən ölü idim,sərgərdan gəzirdi xəyalım kimi ruhum da.Sadəcə susdum, taleyin mənə necə güldüyünü gördüm.Bu nə oyun idi,bilmədim. Bəlkə də oyunun qurbanı mənim qəlbim imiş. Nə deyim bu taleyə,ikiüzlümü,ya bəlkə alın yazısı deyilən elə bu imiş?
Həsrət əkib ümid suladığımda xoşbəxtliyin bar gətirəcəyini gözləyirdim. Əsdi yellər,çıxdı günəş,yağdı yağış,sonda arzum cücərmədi ki, cücərmədi. Bəzən həyat kiçik qayıqla okeana səyahətə çıxmağa bənzər.Nə yelkən olar, nə də ki, avar. Gecə düşər,fırtınalar alar qoynuna səni,dalğalar qucaqlar səni,əzər,çırpar qayalara-Bu an əsən ,adamın iliyinə işləyən külək təəssüf diliylə səslənər sənə ,,təəssüf olsun" deyər.
Yenə meydanda əli boş dayanmışam.Uğurum məni kaşkılarla təkbətək qoyub.Yola çıxmağa nə yoldaşım var,nə də ki, bələdçim.Bu yollar məni hara aparacaq,təxmin edə bilmirəm.Alın yazımın qaranlıq yollarıyla bir vaxtlar yanan,parıldayan ayım vardı.İndi göy üzü tutqun, cəhətimi də itirmişəm.Hansı tərəfə gedim?! Şimala,Cənuba,Qərbə ya Şərqə?!
Ya da ki, ilğıma dönmüş dünəniməmi?
Bəlkə məni pıçıldayaraq səsləyən gələcəyiməmi?
Qorxuram gələcək yollarım yenə təəssüf yağışlarına düşə.
Deyəsən elə mənim dünənim də,bu günüm də əslində təəssüf imiş...









Inara от 29 iyul 2016 15:03
coxsagol can xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ