Yenə həsrətinlə yalnız axşamda
Doğmamış günəşi seyr eləyirəm
Əlimə aldığım qələm kağızla
Mehv olan xəyalımı qeyd eləyirəm

Gah ağlayıram gah da gülürəm
Bilmirəm xəstəyəm yoxsa dəliyəm
Nakam məhəbbətimin mən əsiriyəm
Susaraq özümə qəsd eləyirəm

Badələr gah dolur gah da boşalır
Taqətim qalmayıb qəlbim qırılır
Şüşənin dibində dərd unudulur?
İçərək özümü məst eləyirəm

Qorxuram ölərəm səni görmədən
Xoşbəxtsən deyilsən bunu bilmədən
Qorxuram borcunu verə bilməyəm
Sevgini özümə dərd eləyirəm
