Gülə bildiyin qədər
xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər
güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər
seviləcəksən. Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər verdiyin qədər
insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət...və sevgilinə həsrət qaldığın qədər ona
yaxınsan. Unutma! Yağış yağdığı qədər
islanmısan. Və günəşin səni isitdiyi qədər
istisən. Özunu yalnız hiss etdiyin qədər
yalnızsan. Və güclü hiss etdiyin qədər
güclüsən. Özünü gözəl hiss etdiyin qədər
gözəlsən.Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər
yüngül.Ürəyin döyündüyü qədər
canlısan, gözlərin uzağı gördüyü qədər
gəncsən.Sevdiklərin qədər
yaxşısan, nifrət etdiklərin qədər
pissən. Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür
rəngin. Yaşadıqlarını mənfəət
sanma, yaşadığın qədər yaxınsan
sonuna. Nə qədər yaşarsan yaşa
SEVDİYİN qədərdir ömrün.Bunu xatırladığın qədər
yaşarsan. Bunu unutduğunda… Aldığın hər nəfəs qədər
üşüyərsən. Və qarşındakını unutduğun qədər tez
unudularsan.Çiçək sulandığı qədər
gözəldir. Quşlar ötə bildiyi qədər
sevimılidir. Körpə ağladığı qədər
körpədir. Və hər şeyi öyrəndiyin qədər
bilərsən.Bunu da öyrən…
SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!