Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sonumuzu bilmədən yaşıyırıq...

Sonumuzu bilmədən yaşıyırıq...

Sonumuzu bilmədən yaşıyırıq...

Günahsız gəlirik hamımız dünyaya.Hamı sevinir.Yeni bir həyat səhifəsi açılır bizim üçün.Hamı bu səhifənin gözəl yazılmasını dua edir.Heçnəyi anlamadan,dərk etmədən yaşa doluruq.Bəlkə ömrümüzün həm ən gözəl, həm də ən qorxunc çağına çatırıq.Sevirik...Bəlkə hələ sevginin nə olduğunu anlamırıq ama hamımız bu hissləri qarşılıqlı yaşamağa can atırıq.Bəzilərimiz bu xəstəliyə bir dəfə yoluxur,bəzilərimiz bu xəstəliyin ən güclüsünü tapana qədər çox xəstəliklər görür.Bəzilərimiz üçün bu xəstəlik xoşbəxtliyə,bəzilərimiz üçün sağalmaz yaraya çevrilir.Çox zaman qarşılıqsız sevən insan sevilən insanın xoşbəxt olduğunu düşünür.Bu zaman o, sevilən insanın da qarşılıqsız sevə biləcəyini düşünmür.
Bəzən ömrümüzün axırına qədər sevgimizi ürəyimizdə gizli saxlayırıq.Bəzən sevdiyimizdən ayrılmamaq üçün çox şeyi görməməzlikdən gəlirik,bağışlanılmayan səhvləri də bağışlayırıq.Bəzən bir anlıq cəsarət toplayıb onsuz yaşaya biləcəyivə qərar verirsən,ama bu qərar da cəsarət kimi bir anlıq olur.Gecələr ən yaxın dostumuz olur.Ürəyimizi yalnız gecələrə aça bilirik,yalnız gecələr rahat-rahat ağlaya bilirik,çünki bizi heçkim görmür.Ölümdən qorxmuruq.Bəzən ölmək üçün səbirsizlənirik.Ağlımız bizi düz yola çəkmək istəsə də,ürəyimiz buna imkan vermir.Sonumuzu bilmədən yaşıyırıq,buna yaşamaq demək olarsa..











SENINEM от 20 iyun 2016 12:55
Bəzən bir anlıq cəsarət toplayıb onsuz yaşaya biləcəyivə qərar verirsən,
--------------------
yoxduu
Inara от 26 iyun 2016 19:03
qeseng xeberdi milos elerine sagliq
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ