Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əgər Sən İstəsən...

Əgər Sən İstəsən...

Əgər Sən İstəsən...

İstəsən...Mən səninçün kitab olaram-maraqlı və mənalı.Oxuduqca oxumaq istədiyin,öyrəndikcə öyrənmək istədiyin,hər oxuduğunda yeni bir dünya kəşf etdiyin...nə olsun ki,sonunu görə bilmirsən.


İstəsən...Mən səninçün musiqi ola bilərəm-cazibədar və olduqca tanış.O qədər tanış ki,bütün xatirələri yada salan,bütün yaşadıqlarını bir daha yaşatdıran...nə olsun ki adını xatırlaya bilmirsən.

İstəsən...Mən səniçün rəqs ola bilərəm-ehtiraslı və ritmik.Eyni zamandə zərif və dolub daşan,qəlbinin dərinliyinə təsir edən ...nə olsun ki,bu rəqsə qoşulduqca tükənəcəyindən qorxursan.

İstəsən...Mən səninçün nağıl olaram-səni əks etdirən və sonu xoşbəxtliklə bitən.Elə bir nağıl ki,sənə uşaqlıqda danışmağa vaxt tapmayıblar,gəncliyində yaşatmayıblar,qocalığını isə birlikdə danışacağımız bir nağıl....nə olsun ki nağıllara inanmırsan.

İstəsən...Mən səninçün külək ola bilərəm-sərin və hərəkətli.Amma həmişə yeni,uzun ömürlü,həmişə arzuolunan,təzəlik gətirən...nə olsun ki,bu külək bəzən həyatını alt-üst edəcək.

İstəsən...Mən səninçün işıq ola bilərəm-səni özünə doğru çağıran və parlaq.O qədər parlaq ki,məqsədinə doğru getdiyin bütün yolları işıqlandıran,amma heç vaxt səni çaşdırmayan...nə olsun ki,bəzən gözlərini qamaşdıracağından çəkinirsən.

İstəsən...Mən səninçün od ola bilərəm-alovlanan və səni isidən.Həmişə istisinə qızına biləcəyin,amma hətta barmaqlarının ucunu belə yandırmayan bir ocaq...nə olsun ki,onun istisi bəzən üzünü qarsacaq.

İstəsən...Mən səninçün ulduz ola bilərəm-gözəl,şəfəqli və bərq vuran.Qaranlıqlarına işıq saçan,heç nəyə inamın qalmayan anda sənə ümid və inam bağışlayan...nə olsun ki,o qədər uzaq olmağı ilə bərabər həm də ürəyinin lap,lap dərinliyində olması ilə səni heyrətə gətirir.

İstəsən...Mən səninçün okean ola bilərəm-geniş,əzəmətli,coşub daşan.Sahilsiz bir okean-elə bir okean ki,onun ənginliyinə qərq olarsan,amma boğulmazsan...nə olsun ki,naməlumluğu və sonsuzluğu vahimə yaradır

İstəsən...Mən səninçün ehtiras ola bilərəm-hərarətli və qızğın,amma heç bir halda məhv etməyən,heç bir halda fəlakətə gətirməyən...nə olsun ki,sənə özünü unutdurmağa belə qadirdir.

İstəsən...Mən səninçün həyat ola bilərəm-təkrarolunmaz,divanə,xoşbəxt...nə olsun ki əbədi deyil.
Mən səninçün...
ancaq sənə görə...
ancaq səndən ötrü...


Bəzən sevginin böyüklüyü,əzəməti insanı qorxudur...çünki bir gün olmaya bilər.
Bəzən xoşbəxtliyin qədəri,çoxluğu insanı qorxudur...çünki tükənə bilər.
Bəzən istəkdən yorulan anlar da olur...çünki bir gün olmayanda buna dözə biləcək bir qüvvən də olmalıdır.











Bakinec_ от 16 iyun 2016 21:26
Bəzən sevginin böyüklüyü,əzəməti insanı qorxudur...çünki bir gün olmaya bilər.
Bəzən xoşbəxtliyin qədəri,çoxluğu insanı qorxudur...çünki tükənə bilər.
Bəzən istəkdən yorulan anlar da olur...çünki bir gün olmayanda buna dözə biləcək bir qüvvən də olmalıdır.




Cox gozel sozlerdi tewekkurler elleriniza saxliq.
SENINEM от 17 iyun 2016 15:52
Bəzən istəkdən yorulan anlar da olur...çünki bir gün olmayanda buna dözə biləcək bir qüvvən də olmalıdır. DUZDU EMEL EDIN MEN ETMIREM TWKLER
--------------------
yoxduu
Inara от 28 iyun 2016 15:20
oxudum qeesengdi elerine sagliq milos
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ