Həyatında biri varsa əgər..
Həyatında biri varsa əgər ...günəş bir başqa doğar hər səhərinə ...
Üşütməz soyuqlar səni,darıxmazsan səssizlikdən..qorxmazsan tənhalıqdan
Sevərsən tənha güşələri, şirin sərirləri...
Lirik nəğmələri...
Həyatında biri varsa əgər..
Xoşbəxtlikdən bür cüt qanad pay alıaraq üzülər ayaqların yerdən ,
Fərqin olmaz səmada süzən bəyaz mələkdən..
Gözü, könülü oxşayan cənnət ətirli güldən,çiçəkdən.
Ətir saçarsan..
Həyatında biri varsa əgər..
Sən nəfəs alarsan ..!
Onunla yenidən dogulub xosbəxtlikdən aglarsan..
Şikayətlənməzsən həyatın mənazıslığından ..
Aşarsan bütün mümkünsüzləri..
Toz-duman görərsən çətinlikləri..
Həyatında biri varsa əgər...
Gözlərin də bəzən yorular..Sevincdən gülər.. həsrətdən dolar...
Solar qüssədən...
Ürək deyər səs-səda yoxdursa....Unut !
Çılğınlaşar hisslərin firtina qopan dənizin dəli dalğaları kimi..
Çırpınar, çırpınar..sonra lal sükut...
Inan dostum..Həyatında biri varsa əgər..
Gələcək..səni dəlilər kimi sevəcək...Özünü qədərsiz sevdirəcək
Sonra...
Esq kərpicləriylə tikdiyiniz imarəti viran qoyub gedəcək..
Və nağıl bitəcək...