Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İşikli yol

İşikli yol

İşikli yol

ddım-addım üzərimizə çökür itkin sevda…
və ağırlığın tərəfindən hiss çoxalır gözlərimizdə…
Əllər bədəndə görüşüncə ağlayır işıqlıq.
Varlıq çəkilir kimsəsiz bir küncə, səssizcə tərəfini müəyyən edir.
Hər şey bizə qarşı, hər şey günə inad böyüyür öz içində.



albuki biz tək səbəbimiz üçün yollardayıq.
Sevgiylə irəliləyirik ortaq ümidin işarətlədiyi mənzilə…
…və hələ verilməmiş sözlərin xatirinə üşüyür ürəyimiz.
Titrəyir ürkək qəfəsində günlərlə, gecələrlə.





əzən göz-gözə gəlirik. Yağış duasına çıxmış kimi susub,
quruyur dodaqlarımız. Bildiklərimizin tükəndiyi o anda səbəblər də sükut edir
və bağlanır bütün gözlər, bütün yuxular deyilir. Yalan da olsa
xəyallar cisimə bürünür o qısa an içində. Ardından keçmişə gülümsəyirik




ynivaxtlı və qədər həmişə bir addım kənarda bizi gözləyərkən ruhlarımız soruşur.
Tək cavabı rədd edir yarım ağılımız, fərarilik edir bədənindən.
Biz qorxuruq qalanların ortasında. Sevməkdən imtina etməkdən,
yorulmaqdan, geri dönməkdən və yolda itməkdən qorxuruq.
Ən pisi də yenidən "mən" olmaqdan qorxuruq.





cəlsiz ayrılıqların iztirabı haqqında izah edilmiş hekayələr düşür yadımıza.
Abelardın qeyri-mümkün Heloise uğruna çəkdiyi ağrılar,
Freudun Marthasına gününü əskik etmədən yazdığı həsrət dolu dibsiz məktublar və
Beethovenin bir sirr kimi saxladığı Ölümsüz Sevgilisinə dair
məzara qədər yükləndiyi çarəsizliyi…



atirələr keçərkən təkrar görüşür gözlərimiz
və daha böyük cümlələr qurulur "biz" tərəfində.
O hal içində başlayır ruhlarımız sevişməyə.
Bədənlərimiz torpağın altına girmək narahatlığından birtaraf sanki.





təş rəngini geyinib "Eşq" olur o anlarda, hüceyrələrimiz belə yanır.
Həyatın bir kəşfdən ibarət olduğunu anlayırıq o ülvi şəhvətin mərkəzində
və istəməkdən başqa çarəmiz olmadığını.
Yaşamanın özünün "Sevmək" demək olduğunu öyrənirik…
Bir nöqtə kimi… gözlənilən an və mənzildə…











SENINEM от 17 iyun 2016 15:53
əyatın bir kəşfdən ibarət olduğunu anlayırıq o ülvi şəhvətin mərkəzində
və istəməkdən başqa çarəmiz olmadığını.
Yaşamanın özünün "Sevmək" demək olduğunu öyrənirik…
Bir nöqtə kimi… gözlənilən an və mənzildə…
--------------------
yoxduu
Inara от 28 iyun 2016 15:22
redkator qeseng olub xebere gore sagol
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ