Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Söz verdim özümə...

Söz verdim özümə...

Söz verdim özümə...




Çoxdan verməliyim bu sözü özümə. Heç cür alınmadı.. Ağlım razı olanda beynim etiraz elədi, beynim razı olanda ağlım... Və illər beləcə keçdi.. Ta ki...
Uzun bir yalnızlığın ardından yenidən onunla birlikdə idim. Əslində heç gəlməmiş birinin getdiyinə inanmışdım. Bu vaxt ərzində nə yazmağa gəldi əlim, nə də onun haqqında danışmağa. Qayıtmasa idi bəlkə tək adı olacaqdı “bitmişdi”
Hər günün tamamında unutmadığım, başımı yastığa qoyanda tək düşündüyüm, gələcəyə dair bir çox planlar qurduğum idi…Milyon dəfə görməyimə baxmayaraq, ürəyimi titrədən biri idi.. Nə qədər qışqırsam, bağırsam da sevdiyim biri idi… Hər dəfə ayrılmaq istəyəndə ya bir gün qarşılaşdığımızda "Düşmən" kimi deyil, "peşman" kimi baxarsaq ? deyə düşündüyüm biri idi. Və hətta Üstünə "Bu mənim" yazmaq istədiyim biri idi… Qısacası ona baxmaq bir möcüzəni anlatmaq kimi idi…



Ammaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa…
Bir daha adını anmayacam.. Telefondan, komputerdən və içində sən olan bir çox şeydən sildim adını və sənə aid olanları…Adın keçən cümlələri ya eşitməzlikdən gəldim ya da söhbəti dəyişməyə çalışdım…Sənin aldığın, mənim qurutduğum güllərin ləçəkləridə imtina etdi kitablarımın arasından.. Çünki söz verdim özümə!

Bəlkə bütün gecə ağladım o gün. Ağladıqca xatırladım, xatırladıqca darıxdım, darıxdıqca bir daha bitirdim! Səhərə heç bir şey qalmayacaqdı, heç nə olmamış kimi, lap elə heç nə yaşanmamış kimi! Çünki söz verdim özümə!



Sadəcə qəlbi qırılmışlığın hissi deyildi məndə, bir az xəyal qırıqlığının, bir az xatirələrin, bir az olub-keçənlərin və səni heç tanıya bilməməyin! Kaşki tanımasaydım səni demirəm. Amma kaş tanıdığım kimi qalsaydın. Amma nə faydası? Söz verdim özümə…

Nələr istəmişdim, nələrdən vaz keçmişdim… Amma bu son idi.. Sənin üçün darıxdığım son gün, sənin üçün ağladığım son gecə… Səni xatırladığım son an idi.. Çünki söz verdim özümə!



Sən öz sıranı oynadın... Mən isə oyunu buraxdım!
Çünki...sözzzzzzzzz verdim özümə!











Inara от 28 iyun 2016 15:41
Sən öz sıranı oynadın... Mən isə oyunu buraxdım!
Çünki...sözzzzzzzzz verdim özümə!

Bax bu lap qesengdi
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ