Sizin ürəyiniz döyünür, amma nəfəsiniz tutulur? Bu sevgi deyil, bu - simpatiyadır.
Sizə hətta fiziki olaraq bir-birinizdən ayrılmaq çətindir? Bu sevgi deyil, bu - şəhvətdir.
Siz onunla fəxr edirsiniz? Bu sevgi deyil, bu - uğurdur.
Siz həmişə onunla olmaq istəyirsiniz? Bu sevgi deyil, bu - yalqızlıqdır.
Siz onunlasız, ona görə ki, belə lazımdır? Bu sevgi deyil, bu - sədaqətdir.
Siz inciməsin deyə həmişə onu dəstəkləyirsiniz? Bu sevgi deyil, bu - rəhmdir.
Siz bir tək öpüşə görə onunlasız? Bu sevgi deyil, bu - inamsızlıqdır.
Siz yalnız ona aidsiniz, çünki başqa cür alınmır? Bu sevgi deyil, bu - güclü həvəsdir.
Siz ona bütün səhvlərini bağışlayırsınız? Bu sevgi deyil, bu - dostluqdur.
Siz hər gün təkrar edirsiniz ki, haqqında düşündüyünüz yeganə insan odur? Bu sevgi deyil, bu - yalandır.
Siz ona görə hər şeyə hazırsınız? Bu sevgi deyil, bu - mərhəmətdir...!"
Yaxşı bəs, onda onda sevgi nədir?!