Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sevgi-Mektubu

Sevgi-Mektubu

Sevgi-Mektubu


Həyat yaşanması çətin yaşanmaması ondanda çətin bir yoldur. Bu yolda təklikdə tənhalıq da çəkdim. Həm sevdim, həm sevildim, həm ağladım, həm də çox güldüm. Bir-birindən fərqli günlər yaşadım. Elə anlar oldu ki, yaşamağı sevdim.




Elə anlar oldu ki, ölməyi, elə anlar oldu ki, sevməyi sevdim. Elə anlar oldu ki, sevilməyi, elə anlar oldu ki, təkliyi sevdim, elə anlar oldu ki, tənhalığı. Amma hər anımda daima sevdiyim biri var idi... o da sən.




Sən mənim hər şeyimsən. Səni görəndən sonra, səni sevəndən sonra çox dəyişdim. Həyatı, insanları, yaradılışı, çiçəkləri, heyvanları, təbiəti sevdim. Gözlərinə hər baxdığımda mənə qarşı olan sevginin artdığını görməyi sevdim.Gözlərindəki xoşbəxtliyi sevdim.





Üzünə baxdığımda susmanı sevdim, əllərimi tutduğunda əllərindəki istiliyi sevdim, mənə bərk bər sarılmağını sevdim. Başımı sinənə qoyduğumda o ürəyin bir quş kimi döyünməyini sevdim.




Səndəki həyəcanı, səndəki gülüşü, səndəki sevgini, səndəki səni, səndəki məni sevdim. Sən mənim həyatıma bir günəş kimi doğdun. Dünyamı göy qurşağı kimi rəngarəng etdin.




Sən həyatıma gəldiyindən uşaq tək şıltaq olmuşam. Sən mənə sevməyi, sevilməyi örgətdin. Həyatıma rəng qatdın, xoşbəxtlik gətirdin. Mən səni sevdim və "hər zaman da sevəcəyəm" deyə özümə söz verdim. Səni çox sevirəm!

Allah bütün sevənləri qovuşdursun və əbədi xoşbəxt etsin. Amin











İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ