"Hər şeyi yenidən başlamaq istəyirsənsə, günahkar axtarmaq yersizdir. Mümkündür ki, sən mübahisədə qalib gələsən, ancaq nəticədə əzizini itirəsən..
..həyat onu münaqişələrə, küsmələrə, söz-söhbətlərə, mənasız işlərə sərf etməyəcək qədər qısadır...Sağlam insanlar həyata bitməz-tükənməz bir dəniz kimi baxırlar..Ancaq o, həqiqətdə bir kölgə, bəzən də ötəri bir bulud kimidir. Bir anın içində çəkilib gedər...Yaxınlarına vaxt ayır. Bir gün gələr, ayılarsan ki, yanında heç bir kəs qalmamışdır..
...insan öz səadətini məhv edəcək qədər axmaqdır."
R. Abdullaoğlu, "Bu şəhərdə kimsə yoxdur"
"Mənə təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim. Ancaq beləsinə çox az-az rast gəlmək olur".
Cerom Devid Selincer - "Çovdarlıqda uçurumdan qoruyan"
...fərz et ki, bütün yazdıqlarımı anlaya bildin...bəs anlaya bilmədiklərin?bəs yazıb-yazıb sildiklərim?bəs ümumiyyətlə yaza bilmədiklərim?..”nə tapdın onda?!”-deyə sual olarmı?nə tapdığımı anlasalar, hər kəs aşiq olar ona...
...həyat başlayar və bitər.necə başlayıb, harada son olacağı deyil, ikisinin arasına nələr sığdıra bildiyin önəmlidir.
"İnsanın yeganə həqiqi borcu - öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır..."
Paulo Coelho-"Kimyagər"
Nağılın harada bitdiyini, həyatın harada başladığını fərq edə bilmirəm. Bəzən, sifətimə bir qəribə baxırlar; o zaman oyanar kimi oluram.
Oğuz Atay - Tutunamayanlar
"...sevgi bəzən bir 'necəsən?' sözüdür. Bəzən insan qəlbində yığılıb qalmış, ancaq dilə gətirə bilmədiyi hislərini bir 'necəsən?', 'hər şey yaxşıdır?' sözünə sığışdırıb deyə bilər... Sevgini və diqqəti bildirmək üçün böyük və şairanə cümlələrə heç gərək yoxdur. Bəzən böyük hisləri kiçik sözlər də ifadə edir.."
R. Abdullaoğlu, "Bu şəhərdə kimsə yoxdur"
"O adam şəkili tam görür ki, çərçivəsindən kənara çıxa bilir."
Salman Rüşdi - "Onun ayağının altındakı torpaq"
...İnsanın gələcəyi görməməsi bəlkə də çox yaxşı bir şey idi..
Agatha Christie-"On zənci balası"