Biriylə təsadüfən tanış olub aşiq olmaq da var bu həyatda...
Və bir anlıq geriyə dön, etdiyin səhvlərin siyahısını tut, qarşına çıxan insanları say, kaş ki dediyin hərəkətlərə bax. Və nəticəyə bax. Sənə- özünə bax. Keçmişlə bu günkü sənin arasındakı fərqə bax.
İstəmədiyin biriylə yaşamaq ölümün başqa cürüdür.
Namusun sadəcə qızlarda olmalı olduğunu düşünən "oğlanlar" var.
Mən boğuluram, sən isə suyu göstərirsən.
Ağlına gəlim, səbəbsiz, zamansız bir yerdə, məni xatırla, sonra peşman ol, və peşman olmağın heç bir işə yaramasın.
Canı yanan səbr etsin, canı yandıran isə yanacağı günü gözləsin.
Utanıram sənə gəl deməyə, mən çağırmasam, amma sən gəlsən...
Və yorğunam, anlatmaqdan və anlaşılmaqdan, yaralanmaqdan və sağalmaqdan yorğunam. Çox yorğunam.
Nə zaman görsəm səni, çox darıxmışam deyirəm içimdən...
P.S. Cümlələrin bəzilərinin müəllifi özüm, bəzilərinin isə məşhurlardan tərcüməsinin müəllifi özüməm.