Körpələr sıxıntılarını danışaraq dilə gətirə bilmədikləri üçün yaşadıqları dəri problemləri ancaq analarının diqqəti sayəsində ortaya çıxır.
lunar.az bildirir ki, əgər körpənizin dərisində nəmlə əlaqəli problem olduğunu düşünürsünüzsə, bu praktik üsulları tətbiq edə bilərsiniz.
- Körpənizin dərisinə toxunarkən quru olduğunu hiss edirsinizsə, gündə iki dəfə losyon sürtün.
- Körpələrin dərisi hava şərtlərindən çox tez təsirlənir. Quru soyuq, isti günəşli havalarda da körpənizə nə geyindirəcəyinizə diqqət etməlisiniz.
- Suyu çox sevsə də, körpənizin suda çox qalmasına icazə verməyin. Həftədə 3 dəfə çimizdirin.
- Çimərkən körpənizin dərisinə sürtdüyünüz losyonu dərisi tam qurumadan sürtsəniz, təsiri daha güclü olar.
- Uşaq otağının, evin havası qurudursa, bu, körpənin dərisinə təsir edə bilər. Bu problemi evdə nəmləndirici istifadə edərək həll edə bilərsiniz.
- Bütün bunlara rəğmən dəri quruluğu problemi davam edirsə, həkimə baş vurun.