"WhatsApp"da pulköçürmə funksiyası daha bir ölkədə əlçatan olub
"Facebook" şirkəti daha bir ölkədə "WhatsApp" messenceri üzərindən pulköçürmə funksiyasını əlçatan edib. İndi yalnız Hindistan sakinləri deyil, həmçinin Braziliya vətəndaşları bu imkandan yararlana bilərlər. Amma "WhatsApp Pay" funksiyası hələ ki, istifadəçilərin bir hissəsinə əlçatandır.
Lunar.az AZƏRTAC-a istinadən bildirir ki, messencerin nümayəndələri yaxın vaxtlarda daha çox istifadəçinin yeni funksiyaya giriş imkanı əldə edəcəyini bildiriblər. "9to5Mac" nəşri yazır ki, pulköçürmə sisteminin daxilində komissiya yoxdur.
"WhatsApp Pay" funskiyasında yeganə məhdudiyyət pul köçürülməsinə qoyulmuş limitdir. İstifadəçi bir dəfəyə 184 dollardan çox pul göndərə bilməz. Pul köçürülməsi və qəbulu üçün aylıq limit 920 dollardır.