“Bu geyimlər əvvəlcədən dezinfeksiya edilməli, sonra satışa buraxılmalıdır”Dünyanın 70 faizi ikinci əl geyimlərdən istifadəni tərcih edir. İnsanların ikinci əl paltarlara daha çox meyil etməsinin səbəbi qiymətinin ucuz olmasıdır. Yenə də yanılırıq. Çünki bu geyimlər dəfələrlə başqaları tərəfindən sınanır. Yəni təmiz olacağına zəmanət verilmir.
Görəsən, ikinci əl geyimlər insan sağlamlığına ziyandırmı?
Bu barədə "Sherg.az"a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, gigiyena baxımından ikinci əl geyimlər əvvəlcədən dezinfeksiya edilməli, sonra satışa buraxılmalıdır:
"Kimyəvi təmizləmə yerlərində geyimlərin dezinfeksiya edilməsi məqsədəuyğundur. Lakin onlardan virusun keçməyi real görünmür. Bir neçə saatdan sonra virus dezaktivasiya olur. Virus baxımdan deyil, amma gigiyena cəhətdən önəmi var. Gərək geyimin üzərinə düşmüş mikroelementlər, viruslar və s. təmizlənsin. Bunlar həm psixoloji baxımdan rahat, həm də gigiyenik cəhətdən təmiz olmalıdır".