Psixoloji narahatlıq hissi - həyəcan, stres, panik ataka, sosial fobiya kimi problemlərə gətirib çıxarır. Aşağıda sadalanan səbəblərdən bəziləri bir-birinə bağlı olan səbəblərdir. Sizin narahatlığınız bu səbəblərdən birinə və ya bir neçəsinə, hətta hamısına da bağlı ola bilər.
Lunar.az fitret.az-a istinadən bildirir ki, səbəbləri aydınlaşdırdıqdan sonra hamısının birdən olmamaq şərtilə üzərlərində işləmək olar. Bəzən, sadəcə problemi yaradan səbəbin fərqində olmaq belə, problemin yüngülləşməsinə, hətta yox olmasına kömək edə bilir.
1. Qorxaqlıq 2. Ölüm qorxusu 3. Fiziki acı qorxusu 4. Xoşbəxtlik qorxusu 5. Utancaqlıq, çəkingənlik 6. Cinsəllik qorxusu, utancaqlığı və çəkingənliyi 7. Cəsarət çatışmazlığı, cəsur ola bilməmək 8. Özünü qəbul etməmək və sevməmək 9. Xarici görünüşünü qəbul etməmək və sevməmək 10. Özünü dəyərsiz, önəmsiz hiss etmək 11. Özünü başqaları ilə müqayisə etmək 12. Mükəmməlliyyətçilik 13. Özünə güvənməmək - sağlamlığına, ağlına, gücünə, bacarığına, savadına, gözəlliyinə, potensialına güvənməmək 14. Həyata güvənməmək 15. Həyata, bilinməyənə, təcrübələrə, yeniliklərə açıq olmamaq 16. Tənbəllik, iradəsizlik, komfort zonanın xaricinə çıxa bilməmək, passiv həyat tərzi, monoton həyat tərzi, fiziki.. psixoloji.. ruhsal baxımdan yalnış həyat tərzi, məsuliyyətsizlik, təxirə salma vərdişi, şəxsin həyatında kifayət qədər sosiallığın olmaması, qaçınma davranışları 17. Səbrsizlik 18. Tələskənlik 19. Anı yaşaya bilməmək 20. Keçmişdə və ya gələcəkdə yaşamaq, gələcək barəsində narahatlıq 21. Mənfi düşünmək, mənfi düşüncələr 22. Başqalarının nə düşündüyünü önəmsəmək 23. Həddindən artıq düşünmək