Qışda infarkt riski 30 faiz artır.Lunar.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri ürək və damar cərrahiyyəsi uzmanı, türk doktor Ayhan Müdüroğlu deyib.Normal bədən hərarətinin 36-37 dərəcə ətrafında olduğunu bildirən həkimin sözlərinə görə, temperaturun 35 dərəcəyə enməsi hiportermi adlanır: "Havanın temperaturu 10 dərəcədən aşağı düşəndə hiportemi riski artır. Bu riski gücləndirən başqa səbəblər də var.Sətəlcəm, böyrək çatışmazlığı və bu kimi bənzər xəstəliklər zamanı risk daha yüksək olur. Bədənin hərarətinin 30 faizi baş-boyun bölgəsinə sərf olunur. Buna görə də bu nahiyəni qorumaq lazımdır".Həkim bədənin temperaturu itirdiyi zaman ortaya çıxan dəyişikliklərdən də danışıb: "Paralel şəkildə stress hormonları da artmağa başlayır. Artan stress hormonları isə nəbzin sürətlə vurmasına və təzyiqin yüksəlməsinə səbəb olur. Bunlar ürəyin iş yükünü artırmaqla oksigen və qidaların daha tez sərf olunmasına yol açır. Soyuqla birlikdə damarların sıxılması, stress hormonlarının artması və qan dövranının zəifləməsi infarkt riskini artırır.İnfarktın səbəbi bədənə oksigen və qida verilişinin azalması və ya ehtiyacın artmasıdır. Soyuq havalar bu tarazlığı daha da pozur. Bunun nəticəsində qışda ürək-damar xəstəlikləri çoxalır.Soyuq havalarda papaq, şal, əlcək geyinməli, bir sviter yerinə, qat-qat incə paltarları seçmək lazımdır. Qat-qat geydiyiniz zaman içəridə olan hava həm çölə çıxmır, həm də bu çöldən gələn havanın içəriyə daxil olmasını əngəlləyir".