Saç xanımların ən sevdiyi üçün vacib aksessuardır. Amma onlara kifayət qədər qulluq edilmədikdə yıpranır və parlaqlığını itirir. Buna görə də mütəmadi qulluğa ehtiyacı var. Amma saçlara qulluğu təbii yolla aparmaq, həm də sağlıq baxımından faydalıdır. Lunar.az saçları uzatmaq üçün sağlıqlı avokado masakasını təqdim edir.
Lazım olanlar:
1 ədəd avokado 1 xörək qaşığı zeytun yağı 2 xörək qaşığı bal
Hazırlanması:
Avokadonu iki yerə bölün. Qaşıqla dənələrini çıxarın. Blenderlə avokadonu qarışdırın və zeytun yağını tökün. Bir az qarışdırdıqdan sonra balı da əlavə edin.
Maskanı saçınıza saç boyama fırçası ilə vurun. Əgər başınızın dərisi yağlıdırsa, maskanı saçınızın dibinə vurmayın.
40 dəqiqə maskanı saçınızda saxlayın və soyuq su ilə yuyun. Sonra adi qaydada saçlarınızı yuyun. Bu maskadan həftədə iki dəfə istifadə də bilərsiniz. Həmçinin bu maska saçqıranlarınızı da aradan qaldıracaq.