Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Afrika bənövşəsini evdə yetişdirməyin YOLLARI

Afrika bənövşəsini evdə yetişdirməyin YOLLARI

Evdə gül yetişdirməyi bir çoxlarımız sevirik. Amma güllərə düzgün qulluq etməyi də hər kəs bacarmır. Lunar.az evdə Afrika bənövşəsini yetişdirməyin yollarını göstərir.



1. Dibçəyi



Afrika bənövşəsi dərin dibçəklər əvəzinə, dayaz dibçəkləri sevir. Dibçək genişliyi bitkinin formasından bir az böyük olmalıdır. Çox kiçik və ya böyük dibçəklər uyğun deyil. Dibçəyin altında dəlik olması şərtdir. Çünki su içərisində qalar və axəb getməzsə güllər çürüyər.



2. Torpağı



Bu bənövşəni əkən zaman diqqət etmək lazımdır ki, torpağı xəfif, nəm saxlayan, kökləri oksigenlə təmin edən bir torpaq olsun. Afrika bənövşəsi toprağı qarışımı üçün 1 ölçü torf, 1 ölçq perlit v ya ponza, 1 ölçü də vermikulit istifadə edə bilərsiniz.



3. Afrika bənövşəsi günəş sevirmi?



Bu güllər işığı sevir, amma birbaşa günəş işığına məruz qalarsa, yarpaqları yana bilər. Pərdə arxasından süzülən işıq daha uyğundur. Pəncərə qarşısına pərdənin arxasına yerləşdirə bilərsiniz. Evin ortasına qoysanız, kifayət qədər günəş tutmayacağı üçün böyüyə bilməz. İşıq miqdarına görə qərb, yaxud şimal pəncərələri seçməlisiniz.



4. Necə sulanır?




Bənövşələrə qulluq edərkən sulamaq ən əhəmiyyətli şeylərdən biridir. İki sulama arasında torpaq mütləq qurumalıdır. Otaq temperaturunda xlorsuz su istifadə edilməlidir. Sulandıqdan 10-15 dəqiqə sonra sulama altlığında su qalıbsa, boşaltmaq lazımdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ