Xoruzun seçdiyi qız ərə gedəcək – QƏRİBƏ YENİ İL ADƏTLƏRİ
Yeni ili hər bir xalq özünəməxsus şəkildə qeyd edir. Lunar.az dünyanın dörd bir yanında qeyd olunan qəribə Yeni il adətlərini diqqətinizə çatdırır.
Finlandiya
Kiçik bir qurğuşun parçası əridildikdən sonra suya atılır, bu parçanın aldığı şəkil izah olunaraq, təzə ilin necə keçəcəyi təxminlər edilir.
Filippinlər
Kəsilib yuvarlaq şəkil verilmiş meyvələrlə boşqablar doldurulur. Bunun ertəsi il xoşbəxtlik gətiriləcəyinə inanılır.
Estoniya
Yeni il gecəsi 12 növ yemək yeyilir. Bunun Yeni ildə güc verəcəyinə inanılır.
Tailand
Yeni ilə yuyunaraq girmək üçün su “savaşları” edilir.
Argentina
Gecə saat 12-ini vuranda lobya yeməyin ömür boyu şans gətirəcəyinə inanılır.
Ekvator
Düşməni təmsil edən insan surətlərini, fotoları küçədə yandırırlar.
Danimarka
Qohumların və digər yaxnların qapılarına boşqabları vuraraq sındırırlar ki həmin şəxslərin çox dostu olsun.
İspaniya
Gecə yarısı saatlar 12-ni vuranda hər zəng üçün bir gilə üzüm yeyilir.
Belarus
Subay qızlar oturur, önlərinə qarğıdalı dolu qablar qoyurlar. Ortaya bir xoruz salınır. İnanca görə, xoruz kimin önündəki qabdan qarğıdalını birinci yesə, o qız Yeni ildə ailə quracaq.
Almaniya
Almaniyada donuz şəklindəki balaca badam şirniyyatlarından yeyilir və hədiyyə edilir. Şans və zənginlik gətirdiyinə inanılır.
Yunanıstan
O gün evə girərkən qapıda nar qırılır. Bunun bərəkət və xoşbəxtlik gətirəcəyinə inanırlar. Həmçinin qapının üzərinə Həzrəti İsanın yenidən doğuluşunu simvolizə edən soğan asılır.
Yaponiya
Buddist ibadətgahlarında Yeni ilə “xoş gəldin” demək üçün 108 dəfə zəng çalınır.
İsveçrə
Yerə dondurma atılır.
Çili
Ailə üzvlərinin və qohumların məzarı başında yatırlar.
Boliviya
Tortun içinə şokolad şəklində pullar qoyulur. Bu şokolad pulları tapanlara Yeni ilin şans gətirəcəyinə inanılır.