Hava soyuyan kimi hər kəs çəkmə və bot geyinməyə başlayır. Amma ayaqların mütəmadi qapalı qalması, şişmə, pis qoxu və dəri quruluğu ilə əlaqədar müəyyən problemlər yaradır. Bəs bu zaman nə etmək lazımdır?
Lunar.az sizə ayaqlara qulluqla bağlı diqqət etməyiniz vacib olan məqamları sadalayır.
Baxımlı və gözəl ayaqlar
Qış mövsümündə ayaqqabıların içində qalan ayaqlara qulluq etmək daha vacibdir. Buna görə ilk olaraq ayaqlarınızı hər gün yuyub qurulamalısınız. Bu üsul həm pis qoxunun qarşısını alacaq, həm də ayaqdakı bakteriyanı azaldacaq. Antiseptik dərmanlarla gündəlik qulluq etməlisiniz. Son olaraq ayaq barmaqlarınızın arası islaq olmamalı və daim quru qalmalıdır ki, göbələk yaranması üçün nəm şərait olmasın.
Hər gün eyni ayaqqabı Mütəxəssislər bildirir ki, hər gün eyni ayaqqabını geyinmək sağlıqlı bir davranış deyil.
Buna görə ayaqqabınızı mütəmadi dəyişdirərək geyinin.
Qışda corab istifadəsi Ayaqlarınızı soyuqdan qorumaq üçün qışda corab istifadəsinə diqqət edin. Bayırdan evə gəldikdə corablarınızı dərhal çıxararaq ayaqlarınızın hava almasına şərait yaradın. Corab seçərkən 100 faiz pambıq olmasına xüsusi diqqət edin. Beləliklə, ayaqlarınızın tərləmə səviyyəsini aşağı salacaqsınız və bakteriya da göbələk yaranmasının önünə keçəcək.
Pedikür etdirmək Pedikürü adətən gözəllik salonunda etdirirsinizsə, istifadə olunan vasitələrin təmizliyinə diqqət edin. Dırnaq baxımı zamanı təmiz və göbələk təhlükəsi olmayan vasitələrdən istifadə etməlisiniz. Lazım gəldikdə öz pedikür alətlərinizi özünüzlə götürün. Dırnaq kəsiminiz isə yuvarlaq və düz olmalıdır.
Dırnaq boyası çəkmək Bot və çəkmə geyinildiyi üçün qapalı qalan ayaqlarınız və dırnaqlarınız bir də dırnaq boyası ilə hava ala bilməmə vəziyyətinə gəlir. Buna görə də dırnaq boyası çəkmisinizsə, onun uzun müddət dırnaqda qalmamasına fikir verin.