Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məşhur ƏTRİYYATÇI bədəndən xoş ətir gəlməsinin sirrini açdı: “Hər gün bu meyvədən yeyin” - MÜSAHİBƏ
  • Facebook
  • Twitter
  • ► Maraqlı Məlumatlar / Qadın gözəlliyi
  • Baxis 2 104
  • 25-11-2017, 14:51

Məşhur ƏTRİYYATÇI bədəndən xoş ətir gəlməsinin sirrini açdı: “Hər gün bu meyvədən yeyin” - MÜSAHİBƏ

Kristof Ladamidel zəmanəmizin 10 ən böyük ətriyyatçılardan biridir. O hesab edir ki, hər bir brendin özünün xüsusi ətiri olmalıdır. Məşhur parfum ustası
bir çox lüks markaların, o cümlədən Beyons, Elton Con kimi udluzların ətirlərinin istehsalı ilə məşğul olub.




Lunar.az xarici mətbuata istinadən ətriyyatçının müsahibəsini təqdim edir.

- Diqqət çəkmək istəyən şəxslərə nə cür ətir almağı məsləhət görərdiniz?

- Təzə ətir sizi azad edir. Ancaq təzə, eyni zamanda seksual ətir daha cəlbedicidir. İsti və tünd ətir söhbət etdiyiniz adamın diqqətini çəkə, yaxud da əksinə, gözünü qorxuda bilər. Odur ki, bu, istifadə edəcəyiniz ətirlə hansı təsiri yaratmaq istədiyinizlə əlaqəlidir.



- Dəri və qoxu arasında əlaqəni necə izah edirsiniz?

- Dəri rəngi ətrin necə qəbul edilməsinə təsir göstərə bilər. Tünd dəri ətri daha tez hiss edir, amma bu, tamamilə şəraitlə bağlıdır və bioloji hal deyil.

Ətirlərin qalıcığına və qoxunun açılmasına yediyiniz qidalar daha çox təsir göstərir. Bədəninizdən hər zaman təmiz və xoş ətir gəlməsini istəyirsinizsə, tez-tez alma yeyin. Alma yeyən insanların bədənindən həqiqətən də təmiz və xoş qoxular gəlir.

- Ətrin bizə uyğun olub-olmadığını necə anlamaq olar?

- Ətir alarkən biləyinizə 4-5 müxtəlif növ ətir sıxmalı və bir az ətrafda gəzməlisiniz. Minimum 30 dəqiqə, maksimum iki saat sonra vurduğunuz ətirləri yenidən yoxlamalısınız. Bu üsul sizə uyğun olanını tapmağa kömək edəcək.



- Bəs doğru ətri seçdiyimizi necə müəyyən edə bilərik?


- Əgər onu istifadə etdikdə özünüzü yaxşı hiss edirsinizsə və ətir gün boyu sıxdığınız yerdə qalıbsa, yəni qalıcıdırsa, deməli istifadə etdiyiniz sizə uyğundur. Belə deyək, gərgin iş günündə vurduğumuz ətrin qoxusunu qəfil hiss edəndə xoşbəxt olursunuzsa, əhvalınız düzəlir, yorğunluq azalırsa, demək ki, seçiminiz düz olub. Üstəgəl, qanda adrenalinin səviyyəsi yüksəlir, hətta bir az başqa cür davranmağa başlayırsınız.

Ətriyyatçılar insanın istifadə etdiyi ətirə əsasən onun haqqında çox şey danışa bilər. Görüşə ətirsiz getməyə dəyməz. Əgər seçim arasında qalmsınızsa, sadəcə yüngül və təmiz ətirlər vurun. Bu cür ətirlər həmsöhbətinizi mütləq pozitivə kökləyəcək, müsbət hisslər oyadacaq, eyni zamanda, haqqınızda xoş təəssüratlar yaradacaq.

- Qadınlar daha çox nə tərz parfumları sevir?

- Əminliklə deyə bilərəm ki, qadınların çoxu şirin notlu ətir istifadə etməyi sevmir.

- Bir ətiri saxlamaq üçün ən yaxşı yer hansıdır?

- Soyuducu və ya şərab soyuducusu.

- Bəs iybilmə qabiliyyəti zəif olan insanlar düzgün ətir seçimini necə edə bilər?

- Bunun üçün bir neçə qəhvə çeşidini yan-yana qoyub iyləmək kifayətdir. Bu sinirləri yenidən hərəkətə keçirir. Ən dəhşətlisi isə etinasız yanaşma, diqqətdən kənarda qalmaq və başqa adamlar tərəfindən fərq edilməməkdir. Ətri olmayan insan heç kimdir.

Məsələn, əgər siz məktəb sinifin iyini hiss etsəniz, riyazi məsələləri daha fəal həll edəcəkiniz. Bu, onunla izah olunur ki, qoxunun nəticəsində beyin daha sürətlə işləməyə başlayacaq.



Ümumiyyətlə, beyinimiz gündə iki-üç dəfə ətirlə bağlı hadisələri yada salır. Əgər siz bir yerdə üç dəfə olmusunuzsa və eyni ətri his etmisinizsə, həmin yer haqqında xatirələr ömür boyu sizin yaddaşınızda qalacaq. Özü də ilk növbədə siz ətirləri xatırlayacaqsınız, orada baş verən hadisələr və interyer daha sonra yada düşəcək.

Yaxud da əgər ailədə nifaq olubsa və siz tez-tez dalaşırsınızsa, evin qoxusu artıq kəndardan sizi neqativ notlara kökləyir. Münasibətlərə yeni başlanğıc vermək üçün ev üçün ətirdən istifadə etmək olar.

- Parfum yaradarkən orta hesabla neçə məhsul istifadə edirsiniz?

- Ətirləri istehsal edərkən iki minə yaxın xammal üzərində çalışıram.

- Ətriyyatçılar bu gün kimyaya, yoxsa incəsənətə daha yaxındır?

- Rəssamlar da molekullar olan boyalarla işləyir, amma biz onların işlərinə demirik ki, bu, kimyadır. İybilmə də kreativ incəsənətdir. Bəzən həqiqətən bədii sənət, yaxud sadəcə ticarətdir. Hər halda üzərində Beyonsun əksi olan köynəklər alınması sənət deyil. Ətriyyatın problemi ondadır ki, insanlar iybilmə sənətini nadir hallarda görür, çünki məktəbdə vizual sənət növləri öyrədilir, bu barədə isə çox az məlumat əldə edirik. Odur ki, bunu qəbul etmək bir qədər mürəkkəbdir.

Mağazalarda doğrudan da sənət əsəri olan ətirləri tapmaq olar, ancaq onlar kommersiya ətirləri arasında unudulub gedib. Mağazaların rəflərində çox nadir hallarda görmək olar ki, sənət xatirinə muzey üçün ətir yaradılıb. Geniş kütləni maarifləndirmək lazımdır.

- Ətir yaradılması niyə kişi işi hesab olunur?

- Yox, hazırda ətriyyatçı qadınlar da çoxdur. Əvvəllər bu, əsasən fransız maçoların işi idi, onlar bunu mürəkkəb sirr kimi saxlayırdılar. Onda bu sahədə çalışan qadınlar az idi və onlardan qətiyyətli olmaq tələb olunurdu. Gördüm ki, bu sahə son 15 il ərzində öz baxışlarını dəyişir, Parisdə, Nyu-Yorkda və bütün dünyada qadınlar da ətir işinə başladılar. Peşə daha balanslaşdırılmış və beynəlxalq olub.



Ətriyyatçı olmaq üçün kimyanı da bilmək lazımdır. Hərçənd ki, mən kimyaçı deyiləm və düşünmürəm ki, bu seçim əsas meyar olmalıdır. Çünki heç kəsi sizin Harvard, Oksford və ya adi universitet bitirdiyiniz narahat etmir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ