Bir çox hallarda aldığımız geyimlər bir neçə dəfə geyindikdən sonra öz rəngini itirməyə başlayır. Hətta onu bir daha yumağa qorxuruq ki, tamamilə rəngini itirərək, solacaq. Bəs necə edək ki, paltarlarımızın rəngi solmasın?
Soda Ağ geyimlərinizin ilk günki kimi görünməsini istəyirsinizsə, ağ geyimlərinizin yuyulma suyuna bir stəkan soda əlavə edə bilərsiniz.
Qara istiot Geyimlərinizi paltaryuyan maşına qoymazdan əvvəl ona bir çay qaşığı qara istiot əlavə edin. Qara bibər həm paltarlarınızın rəngini, həm də parçasını qoruyacaq. Diqqət edəcəyiniz tək məqam isə suyun isti yox, ilıq olmasıdır.
Sirkə Paltarlarınızın daha ağ görünməsi üçün onları durulayarkən sirkə əlavə edə bilərsiniz.
Duz Rəngli və qara geyimlərin rənginin solmaması üçün onları duzlu suda islağa qoymaq lazımdır.
Yumurta qabığı Ağ paltarlarınızı qaynadarkən ona yumurta qabığı əlavə etsəniz, ağappaq nəticəyə nail olacaqsınız.
Çay və qəhvə Əgər tünd rəngli paltarlarınızın solmasından şikayətçisinizsə, onları dəmlənmiş çay, ya da qəhvə ilə yuya bilərsiniz.