Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hər süd vəzi ağrısı xərçəng deyil

Hər süd vəzi ağrısı xərçəng deyil

Hər süd vəzi ağrısı mastopatiya, hər süd vəzi şişkinliyi xərçəng deyil. Süd verən hər qadında süd vəzidə olan qızartı, şişkinlik və ya yüksək hərarət mastitin əlaməti deyil. Belə dəyişikliklər hiss edildikdə mütəxəssisə vaxtında edilən müraciət və aşkarlanan erkən diaqnoz nəticəsində düzgün və effektiv müalicə aparmaq mümkündür.
Lunar.az bildirir ki, bu barədə mammoloq-radioloq Günel Qəmbərova məlumat verib.

Həkim deyib: "Son zamanlar çox maraqlı pasiyentlər müraciət edir. Belə ki, bir neçə gün bundan öncə süd vəzidə yaranmış çox ciddi problemlə yaxınlaşan bir xəstədə aparılan hərtərəfli diaqnostika əsasında süd vəzi vərəmi aşkarlanıb. Bu xəstəyə başqa bir klinikada mastit diaqnozu qoyulub və 17 gün mütəmadi antibiotikterapiya aparılıb və 1 ay sonra süd vəzidə dəyişiklik yaranıb. Bu cür halları özündə aşkar edən hər bir qadın gecikmədən həkimə müraciət etməlidir. Süd vəzi vərəmində əsas şikayət süd vəzidə və qoltuqaltı nahiyədə mütəmadi ağrılar, süd vəzidə əmələ gələn deformasiyalar, vəzi daxilində fruktasiyalara və ya kütlələrin olmasıdır. Bu xəstəliyin gecikmiş halında dəridə yaralar və ifrazatların gəlməsi, süd vəzinin bir qədər böyüməsi və bu kimi bir sıra fəsadlar ola bilər.

Süd vəzi vərəminin də bir neçə forması var. Tam olaraq absesləşmiş mastit, gilənin Pedjet xərçəngi, mastitəbənzər şiş və aktinomikozu differensasiya etmək üçün pasiyent mammoqrafiya, USM, döş qəfəsi orqanlarının rentgen müayinəsinə yönləndirilir, ifrazatdan yaxma alınaraq tuberkulindiaqnostikaya göndərilir".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ